VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum olub
Rusiyanın Yekaterinburq vilayətində qətlə yetirilən azərbaycanlı qardaşların meyitlərinin daxili müayinələri zamanı dərinin iç səthində çöldən küt alətin təsiri ilə geniş qan sızmalar olduğu müəyyən edilib.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov meyitlərin ekspertiza rəyini açıqlayarkən deyib.
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun sözlərinə görə, müayinə zamanı qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları da müəyyən olunub:
"Sınıqların yerdəyişməsi nəticəsində uclar vasitəsilə ağciyərlər zədələnib. Ağciyərin sınıq uclar vasitəsilə cırılması hadisəsi baş verib. Qabırğalar arasında qansızmalar mövcud olduğu da diqqətə çatdırılıb. Bununla yanaşı, diafraqmada geniş qansızmalar var idi".
Ə.Həsənov qeyd edib ki, ekspertiza nəticəsində qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulub.























































