Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
Bir neçə gün əvvəl Bakının Xəzər rayonunda güllələnərək qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, avqustun 7-si axşam saatlarında Mərdəkandakı “Qazilər” çimərliyində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin güllələndiyini eşidən qohumu C.Xudaverdiyev həmin yerə gedib.
1998-ci il təvəllüdlü oğlan əmisinin meyitinə yaxınlaşmaq istəyərkən polislər onu ərazidən uzaqlaşdırmaq istəyiblər. Lakin C.Xudaverdiyev müqavimət göstərib və ünvansız söyüşlər söyüb. Bundan sonra C.Xudaverdiyev saxlanılıb və barəsində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
Xəzər Rayon Məhkəməsinin 10 avqust tarixli qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, Amin Xudaverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir. Bu qətlin də məhz qisas zəminində törədildiyi deyilir.
Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.























































