Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “26 İyun – Azərbaycan Ordusunun Şərəf və Qürur Günüdür”

Hər bir müstəqil və suveren dövlətin əsas sütunlarından biri onun silahlı qüvvələridir. Güclü ordu dövlətin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qarantıdır. Azərbaycan Respublikası üçün də bu prinsip hər zaman əsas olub. Məhz buna görə də 26 iyun – Silahlı Qüvvələr Günü ölkəmizdə xüsusi ehtiramla qeyd olunur, ordumuzun gücü və xalqımızın ona olan dəstəyi nümayiş etdirilir.
Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. O vaxt yeni yaranmış dövlətin qarşısında duran əsas məsələlərdən biri ölkəni müdafiə edə biləcək milli ordu yaratmaq idi. Hərbi Nazirliyin yaradılması və ordu hissələrinin formalaşdırılması bu sahədə ilk addımlar oldu. Təəssüf ki, cümhuriyyətin ömrü qısa sürdü, lakin qoyduğu ideyalar xalqın yaddaşında əbədi iz buraxdı.
Azərbaycan bu ideyanı 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra davam etdirdi. Lakin həmin dövrdə ölkədəki siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ordu quruculuğunu çətinləşdirirdi. Lakin 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı hərbi sahədə də dönüş nöqtəsi oldu. Ordunun təşkilatlanması, silahlanması, kadr hazırlığı və hərbi təlim sahələrində əsaslı islahatlara başlandı.
1998-ci ildə Ulu Öndərin imzaladığı sərəncamla 26 iyun – Silahlı Qüvvələr Günü kimi təsis olundu və bu tarix rəsmi dövlət bayramı elan edildi.
Hazırda Azərbaycan Ordusu regionun ən güclü və texnoloji baxımdan ən müasir ordularından biridir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə orduya ayrılan diqqət və dövlət dəstəyi bu sahədə sürətli inkişafı təmin edib. Müasir silahlar, texnika, pilotsuz uçuş aparatları, raket sistemləri, zirehli texnika və digər hərbi vasitələrlə təchiz olunmuş ordu yüksək döyüş qabiliyyətinə malikdir.
Orduda xidmət edən şəxsi heyətin hazırlığı, döyüş təcrübəsi və vətənpərvərliyi isə hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Azərbaycan Ordusu təkcə müdafiə məqsədilə deyil, həm də sülhü və sabitliyi təmin etmək üçün daim hazırlıqlı və ayıqdır.
Azərbaycan Ordusunun tarixində ən parlaq səhifə 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri arasında baş verən 44 günlük Vətən müharibəsi oldu. Bu savaş Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ordumuz işğal altında olan torpaqlarımızı bir-bir azad edərək xalqımıza qələbə sevinci yaşatdı.
Şuşanın azad olunması ilə Qələbə rəsmi olaraq rəsmiləşdi və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu zəfər Azərbaycanın dövlətçilik tarixində əsl dönüş nöqtəsi olmaqla yanaşı, ordumuzun nə qədər güclü və iradəli olduğunu da sübut etdi.
26 İyun günü həm də Vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsini anmaq üçün bir fürsətdir. Onların fədakarlığı sayəsində bu gün Azərbaycan torpaqları azaddır, üçrəngli bayrağımız Qarabağda dalğalanır. Qazilərimiz də xalqın minnətdarlığını və sevgisini daşıyan qəhrəmanlardır. Dövlətimiz bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət göstərir, onların rifahı və sosial müdafiəsi üçün mühüm addımlar atır.
Ordu yalnız silah və texnika ilə deyil, həm də vətənpərvər insan kapitalı ilə güclüdür. Bu baxımdan məktəblərdə, ali təhsil müəssisələrində vətənə sevgi, milli ruh və dövlətə sədaqət hissləri gənclərə aşılanır. Gənclərimizin ordu sıralarına könüllü qoşulması, hərbi xidmətə marağın artması ölkəmizdə vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə olduğunu sübut edir.
26 İyun – Silahlı Qüvvələr Günü təkcə bir təqvim günü deyil, həm də Azərbaycan xalqının orduya olan sevgisinin, hörmətinin və dəstəyinin ifadəsidir. Bu gün biz hər bir əsgərimizə, zabitimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların sayəsində biz müstəqil və qalib bir dövlətin vətəndaşıyıq.
Qoy Azərbaycan Ordusu daim güclü və qalib olsun!
Bayrağımız daha uca zirvələrdə dalğalansın!
Qarabağ Azərbaycandır!























































