Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “26 İyun – Silahlı Qüvvələr Günü. Qürur Günü və Ordumuzun Şərəf Tarixi”
Hər bir xalqın tarixində elə günlər var ki, bu tarixlər milli qürur mənbəyi kimi yadda qalır, gələcək nəsillərə örnək olur. Azərbaycanın müstəqilliyi və dövlətçiliyi naminə mübarizə aparan, onun ərazi bütövlüyünü qoruyan qəhrəman övladların formalaşdığı və vətənpərvərlik ruhunun təcəssüm etdiyi 26 İyun – Silahlı Qüvvələr Günü də belə əlamətdar və müqəddəs bir gündür. Bu gün, müasir və güclü Azərbaycan Ordusunun yaranmasının əsasının qoyulduğu, dövlətimizin hərbi qüdrətinin rəmzi olan bir tarixdir.
26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli ordu – Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu Azərbaycan xalqının ilk suveren dövlətinin hərbi dayağı olaraq, öz müstəqilliyini qorumaq və ölkənin sərhədlərini müdafiə etmək üçün təşəkkül tapmışdı. Həmin dövr üçün bu, çox böyük və cəsur bir addım idi. Cəmi iki il yaşasa da, Azərbaycan Xalq Cümhuriyyəti bu addımı ilə xalqımızın hərbi dövlətçilik ənənəsinin təməlini qoydu.
1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikasında ordu quruculuğunun müasir mərhələsi başladı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə ordu quruculuğu sistemli və ardıcıl şəkildə inkişaf etməyə başladı. 1998-ci ildə Ulu Öndərin fərmanı ilə 26 iyun tarixi – Silahlı Qüvvələr Günü kimi rəsmi olaraq təsis olundu və dövlət bayramı elan edildi.
Bu gün Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü və müasir ordularından birinə çevrilmişdir. Ordumuzun maddi-texniki bazası gücləndirilmiş, şəxsi heyətin peşəkarlığı artırılmış, hərbi təlimlər mütəmadi olaraq keçirilmiş, ordunun döyüş qabiliyyəti ən yüksək səviyyəyə çatdırılmışdır.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və son olaraq 2023-cü ilin lokal antiterror tədbirlərində bir daha öz təsdiqini tapdı. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad etməklə təkcə hərbi uğur deyil, həm də milli qürur və ədalətin bərpası ilə nəticələnən tarixi zəfərə imza atdı. Bu zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalq-ordu-dövlət birliyinin gücü ilə mümkün oldu.
26 İyun – Silahlı Qüvvələr Günü həm də qəhrəman əsgərlərimizin, zabitlərimizin fədakarlığını yad etmək, şəhidlərimizin ruhunu anmaq üçün bir fürsətdir. Hər bir azərbaycanlı bu gün ordumuza olan inamını, minnətdarlığını və sevgisini ifadə edir. Ordunun qüdrəti, onun arxasında dayanan xalqın birliyi və dəstəyi ilə daha da möhkəmlənir. Azərbaycan xalqı hər zaman öz igid oğulları ilə fəxr edib və onların şücaətini tarix boyu unutmayacaq.
Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətin gələcək təhlükəsizliyi üçün son dərəcə vacibdir. Məktəblərdə, universitetlərdə, gənclər təşkilatlarında və media vasitəsilə hərbi vətənpərvərlik maarifləndirilməsi geniş vüsət alır. Bu gün hər bir gənc yaxşı bilir ki, güclü ordu, güclü dövlət deməkdir. Dövlətin qorunması və inkişafı üçün hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir.
26 İyun – Silahlı Qüvvələr Günü yalnız bir bayram deyil, bu gün Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasının simvoludur. Bu gün ordumuzun gücünü, xalqımızın birliyini və dövlətimizin qüdrətini göstərir. Biz fəxr edirik ki, belə qəhrəman əsgərlərimiz, yüksək hazırlıqlı və peşəkar ordumuz var. Azərbaycan xalqı və dövləti hər zaman öz ordusunun yanındadır.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan Ordusunun şəxsi heyətini, müharibə iştirakçılarını və şəhid ailələrini təbrik edir, onlara əbədi minnətdarlığımızı bildiririk. Qoy Azərbaycan Ordusunun bayrağı daim uca zirvələrdə dalğalansın, dövlətimiz hər zaman qüdrətli və qalib olsun!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Qalib Azərbaycan!























































