Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Kazino ilə bağlı layihə ilk oxunuşdan keçdi
Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, qanuna yeni fəsil əlavə olunur, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılır.
Beləliklə, süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. O cümlədən, kazino oyanları yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə cavab verən yerlərdə keçirilə bilər.
Kazino oyunlarının keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə bilər.
21 yaşına qədər şəxslərin kazino oyunlarında birbaşa və yaxud dolayı iştirakına yol verilmir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı























































