Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Ad günü münasibətilə Aysu balaya səmimi təbrik
Bu gün sevimli balamız, ailəsinin əzizi, hamının sevimlisi Aysu balanın doğum günüdür! Bu əlamətdar gündə ilk növbədə onu böyüdən, sevgi ilə əhatə edən gözəl ailəsini, xüsusilə də hörmətli babası – Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulusestv.az” xəbər portalının rəhbəri Şamil Cəfərovu təbrik edirik. Bu gün onun ailəsinin sevinc günü, nəvəsi Aysunun həyatına yazılmış gözəl başlanğıcın ildönümüdür.
Aysu balanı bu gözəl gün münasibətilə babası, nənələri, əziz ata-anası, canıdayı Samir, dayısı yoldaşı, qardaşı Emil və bütün yaxınları ürəkdən təbrik edirlər. Hər biri onun gülümsəməsinə, uğurlarına, böyüdükcə parlayan gələcəyinə böyük ümidlə baxır. Bu əlamətdar gündə sevimli Aysuya uzun ömür, möhkəm can sağlığı, bol-bol sevgi, uğur və xoşbəxtlik arzulayırlar.
Əziz Aysu, həyatın boyu səni sevənlərin əhatəsində olasan, arzuların çin olsun, yolun daim açıq, bəxtin parlaq olsun. Hər yeni yaşınla bir az da böyüyüb ailənin fəxri, Vətənin dəyərli övladı olacağına inanırıq. Sənin sevincli günlərin, uğurların hər zaman babanın və bütün ailənin qürur mənbəyi olacaq.
Doğum günün mübarək, Aysu bala! Sevincin bol, gülüşün əskik olmasın!
Təbrikə “Ulusestv.az”, “Xezertv.info”, “Merhemet.tv” və “Zeferyolu.az” saytlarının redaksiya heyəti qoşulur, başda Aysunun babasının yaxın dostu Fərid Faiqoğluda onu təbrik edir, həmişə uğur, qalibiyyət və zəfər diləyir.























































