Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Vətənpərvər Veteran Amin Səfərlinin Doğum Günü Mübarək!
Bu gün qəhrəman övladımız, əslən Lənkəran rayonundan olan, 19 sentyabr 2023-cü ildə həyata keçirilən anti-terror tədbirlərində böyük şücaət göstərmiş vətənpərvər veteranımız Amin Səfərlinin doğum günüdür. Bu əlamətdar gün münasibətilə onu səmimi qəlbdən təbrik edirik!
Amin Səfərli vətənə bağlılığı, qorxmazlığı və hər zaman dövlətinə sadiqliyi ilə tanınır. O, döyüş meydanında göstərdiyi qəhrəmanlıqla yadda qalmış, öz igidliyi ilə xalqının və dövlətinin qüruruna çevrilmişdir. Onun keçdiyi şərəfli yol, gələcək nəsillərə nümunə olacaq bir həyat yoludur.
Bu xüsusi gündə Amin Səfərlini ilk növbədə onun atası Ramil bəy, anası Ayna xanım, qardaşı Aman, yaxınları, qohumları və dostları ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və ailə səadəti arzulayırlar.
Təbrikə "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin əməkdaşları və Nəsimi rayon şöbəsinin sədri, "Azərbaycan Bayrağı" ordenli Qazi polkovnik Elmar Hüseynov da qoşulur. Onlar Amin Səfərlinin keçdiyi şərəfli yola və fədakarlığına dərin ehtiramlarını bildirirlər.
Biz də “Xezertv.info” redaksiyası olaraq, hörmətli Amin Səfərlini doğum günü münasibətilə təbrik edir, ona daim uğur, zəfər, ruhi və fiziki sağlamlıq arzulayırıq. Amin kimi igidlərimizin varlığı bu torpağın güvəncidir!
Hörmətlə,
Fərid Faiqoğlu
“Xezertv.info” xəbər portalının rəhbəri






















































