Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
Artıq bütün restoranlarda ətli burgerlərin hazırlanmasında yalnız Azərbaycanda istehsal olunmuş, beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam uyğun olan mal ətindən istifadə olunur.
Tədarükləri “AzProtein Foods Group” şirkəti həyata keçirir. Şirkətin Buzovna qəsəbəsində yerləşən zavodunun ərazisində qabaqcıl texnologiyalarla təchiz olunmuş və “McDonald’s”ın beynəlxalq standartlarına uyğun şəkildə layihələndirilmiş ixtisaslaşmış kompleks inşa edilib. Lokallaşma prosesində həm yerli, həm də beynəlxalq ekspertlər iştirak ediblər ki, bu da layihənin bütün mərhələlərində yüksək keyfiyyətə nəzarəti təmin edir.
Burgerlərin tərkibi isə əvvəlki kimi dəyişməz olaraq qalır: yalnız 100% mal əti istifadə olunur, heç bir əlavə qatqı yoxdur - restoranda yalnız duz və istiot əlavə edilir.
Heyvanlar ölkə ərazisində optimal şəraitdə saxlanılır, yalnız təbii yemlər əsasında balanslaşdırılmış qidalanma ilə təmin olunurlar və daim baytar nəzarətində olurlar.
İstehsal proseslərinin “Halal” standartlarına uyğunluğu “AzeSERT HALAL” sertifikatlaşdırma qurumu tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq tələblər əsasında rəsmi şəkildə təsdiq olunub. İstehsalın bütün mərhələlərinə xüsusi təlim keçmiş işçi heyəti nəzarət edir və proseslər ciddi şəkildə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.
İstehsal və logistika - məhsulun daşınması və saxlanması zamanı temperatur rejimi də daxil olmaqla - ixtisaslaşmış mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Məhsul həmçinin müstəqil laboratoriya analizlərindən keçirilir və Almaniyada yerləşən “McDonald’s”ın Avropa keyfiyyət mərkəzində test edilir.
Ət tədarükünün lokallaşdırılması “McDonald’s Azərbaycan” şirkətinin ölkədaxili dayanıqlı təchizat zəncirlərinin inkişafına yönəlmiş strategiyasında mühüm mərhələdir. Şirkət bundan əvvəl süd məhsulları, tərəvəz və sous tədarükünün də lokallaşdırılmasını həyata keçirmişdi. Mal ətinin lokallaşdırılması təşəbbüsü isə yalnız daxili bazar üçün deyil, eyni zamanda qonşu ölkələrə ixrac üçün də əlavə imkanlar yaradaraq yerli iqtisadiyyatın inkişafına töhfə verir.
Qeyd edək ki, “McDonald’s Azərbaycan” yerli istehsalçılarla əməkdaşlığını genişləndirməyə davam edərək, qeyri-neft sektorunun inkişafına, aqrar-sənaye kompleksinin möhkəmləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir.























































