MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
İrandan İsrailə qarşı yeni raket hücumu: 10 nəfər ölüb, 200 nəfər yaralanıb
İranın İsrailə ötən gecə raket zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Məlumata görə, təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də azı 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər.
İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan zərərçəkənləri tapmağa çalışırlar.
Eyni zamanda, Rehovot şəhərində yerləşən Veyzman Elmi İnstitutunun Tədqiqat Mərkəzinə ciddi ziyan dəyib və yanğın olub.
İran İsrailə yeni raket hücumuna başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat verib.
Qeyd olunur ki, İrandan raket buraxılışı xəbərləri fonunda Təl-Əvivdə həyəcan siqnalları səslənir.
İranın İsrail ərazisinə endirdiyi raket zərbəsinin hədəfi enerji infrastrukturu obyektləri olub.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat verib.
Qeyd olunur ki, yüksək dəqiqliyə malik raketlər İsrailin əsas enerji obyektlərini vurublar.
Məlumata görə, raket zərbəsi İsrailin mərkəzində elektrik təchizatı sistemində fasilələrə səbəb olub, həmçinin bəzi kritik infrastrukturu sıradan çıxarıb.
Bundan əvvəl, İranın İsrailin ölkədəki enerji obyektlərinə hücumlarına cavab olaraq Hayfadakı neft emalı zavoduna hücum etdiyi bildirilib.
İranın daha bir raket zərbəsi nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Qeyd olunur ki, raket İsrailin şimalında Aşağı Qalileya bölgəsində ikimərtəbəli yaşayış evinə düşüb.
İran ballistik raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə İsrailə qarşı kütləvi zərbələrə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat verib.
Qeyd olunur ki, bir neçə raket İsrailin hava hücumundan müdafiə sistemlərindən yayına bilib və Hayfa şəhərindəki hədəfləri vurub.
İran İsrail istiqamətində raket atmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat verib.
Öz növbəsində İsrail ordusu da İran ərazisindən raket buraxılışını qeydə aldığını bildirib.
"İsrail Müdafiə Ordusu İran ərazisindən öz ərazisinə doğru raket buraxılışını qeydə alıb. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır", - ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunub.























































