Xəbər Lenti
Dünən, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Tehranda 78, Təbrizdə 5 nəfər ölüb (YENİLƏNİB)
İsrailin Tehranın yaşayış rayonlarına hücumları nəticəsində azı 78 nəfər həlak olub, daha 329 nəfər xəsarət alıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Fars” agentliyi məlumat yayıb.
İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində isə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb.
APA İran mediasına istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qızı Fereşte Baqeri bu gün səhər İsrailin Tehrana endirdiyi hücum zamanı atası ilə birlikdə ölüb. Fereşte Baqeri "Defa Press” agentliyinin müxbiri vəzifəsində çalışıb.
İran KİV-i İranın şimal-qərbində yerləşən Həmədanda bombardmanlar barədə məlumat verir. Bunun nəticəsində azı bir böyük partlayış baş verib. Şəhərdə İran aviabazası yerləşir, lakin hansı hədəfin vurulduğu məlum deyil.
14.24
İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.
Qaynarinfo İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib.
Məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nour News" da təsdiqləyib.























































