Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
AZAL Qurban bayramı ilə əlaqədar Bakıdan Naxçıvana reyslərin sayını artırdı
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Qurban bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
Qaynarinfo bu barədə AZAL-a istinadən xəbər verir.
7–15 iyun tarixləri arasında bu istiqamətdə ümumilikdə 121 reys həyata keçiriləcək. Reyslərin ən çox həyata keçiriləcəyi gün 9 iyun tarixidir — həmin gün 20 reysin icrası nəzərdə tutulur. Bu tarixdə pik sərnişin axını gözlənilir, çünki bayram günlərindən sonra vətəndaşların Bakıya geri dönüşü məhz həmin günə təsadüf edir.
Digər tarixlər üzrə reyslərin sayı belədir: 7 iyun tarixində 15 reys, 8 iyunda 14 reys, 10 iyunda 13 reys, 11 iyunda 14 reys, 12 və 13 iyun tarixlərində hər birində 12 reys, 14 iyunda 10 reys və 15 iyun tarixində 11 reys yerinə yetiriləcək.
Bu göstərici adi günlərdə Naxçıvan istiqamətdə orta hesabla yerinə yetirilən 8–9 reyslə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.
Əlavə reyslər Qurban bayramı günlərində sərnişinlərin yaxınlarını ziyarət edə bilmələri üçün təşkil olunub. AZAL bu məqsədlə bütün zəruri tədbirləri həyata keçirir.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.






















































