Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
18-11-2026, 13:43
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
17-11-2026, 14:05
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
İlon Mask ABŞ-a qanunsuz gəlib? - Milyarderi ölkədən qovmağa çağırdılar
Ağ Evin keçmiş müşaviri Stiv Bannon milyarder İlon Maskı "qanunsuz miqrant" adlandırıb və ABŞ prezidenti Donald Trampla səs-küylü mübahisədən sonra onu ABŞ-dan deportasiya etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill" yazıb.
"Hökumət onun immiqrasiya statusu ilə bağlı rəsmi araşdırmaya başlamalıdırlar, çünki onun qeyri-qanuni əcnəbi olduğuna qəti şəkildə inanıram və o, dərhal ölkədən deportasiya edilməlidir", deyə Bannon bildirib.
Mask Kanadaya mühacirət etməzdən əvvəl Cənubi Afrikada doğulub böyüyüb, sonra isə ABŞ-a köçüb və burada vətəndaşlıq alıb. Keçən il "Washington Post" qəzeti Maskın vətəndaş olmadan əvvəl ölkədə qeyri-qanuni işlədiyini bildirmişdi ki, bu da Bannonun onun vətəndaşlığının qeyri-qanuni olması ilə bağlı iddialarını izah edir.
"Başqalarını evə göndərəcəksənsə, o zaman Cənubi Afrikalılardan başlayaq", deyə Bannon Tramp administrasiyasının miqrasiya ilə bağlı genişmiqyaslı repressiyalarına işarə edərək deyib.
Bannon Maskın narkotik istifadəsinin onun deportasiyası üçün potensial əsas ola biləcəyini söylədi və əlavə edib narkotik işi araşdırılacaq. O, həmçinin Trampın Maska böyük dövlət müqavilələrindən məhrum edilməsi təklifini dəstəklədiyini və onun və digər rəsmilərin Trampa Maska həddən artıq dəstək verməməsi barədə xəbərdarlıq etdiklərini vurğulayıb.
"Prezident Tramp ona bu administrasiyada hamıdan daha çox səlahiyyət verdi, dəstəklədi, bu adamı irəli çəkdi. Hətta mənim kimi insanlar "Sən səhv edirsən. Bu pis adamdır, səndən üz döndərəcək. O, bizimlə deyil, həm də tamamilə səriştəsizdir", dedi. Və sonra prezident Tramp çıxıb qanun layihəsi haqqında ən mərhəmətli şəkildə danışan kimi bu adam ayağa qalxdı və ən nifrət dolu şeyləri tvit atmağa başladı", Bannon bildirib.
Mask isə Bannonun bu fikrinə təhqirlərlə cavab verib: "Bannon tam bir axmaqdır".
Qeyd edək ki, Maskın Trampın təriflədiyi vergi qanun layihəsini tənqid etməsindən sonra onların münasibətləri çox dəyişib. Tramp jurnalistlərə Maskdan "məyus olduğunu" bildirib və daha sonra onun "dəli" olduğunu dediyi bir yazı dərc edib.
Mask ona cavab verib və kifayət qədər şəffaf şəkildə Trampın "Epşteyn faylları"nda (pedofiliyada və fahişəlik təşkil etməkdə ittiham olunan maliyyəçi) bir fiqur olduğuna işarə edib. O, həmçinin Trampın impiçmenti ideyasını dəstəkləyib və əlavə edib ki, onun şirkəti "SpaceX" dərhal öz "Drago" kosmik gəmisini istismardan çıxarmağa başlayacaq.
Bu arada, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Şikorski İlon Maskla Donald Tramp arasında baş verən ictimai davaya münasibət bildirib. Polşa diplomatı X sosial şəbəkəsində Ukraynanın "Starlink" peyk rabitə sistemlərinə çıxışının mümkün kəsilməsi ilə bağlı şayiələr fonunda Maskın onu necə alçaltmağa çalışdığını xatırladıb. Daha sonra milyarder mesaj yazıb: "Sus, balaca adam. Sən dəyərin (peyk rabitəsi xidmətlərinin-red.) cüzi bir hissəsini ödəyirsən".
Şikorski Maska bu sözləri xatırladıb və Trampla mübahisəsini ironiya ilə şərh edib: "Görürsən, böyük adam, siyasət sən düşündüyündən də mürəkkəbləşdi".
Aydın























































