Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
Bu il İrəvandan Bakıya və əks istiqamətə neçə reys həyata keçirilib?
“Cari ilin yanvarından iyuna qədər İrəvandan Bakıya və əks istiqamətə iki dövlət reysi həyata keçirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Sputnik Ermənistan”ın sorğusuna cavabında Ermənistanın Ərazilərin idarə olunması və İnfrastruktur Nazirliyindən bildirilib.
“Bu il İrəvan-Bakı marşrutu üzrə 1 və eləcə də əks istiqamətə 1 uçuş həyata keçirilib. Hər iki halda təyyarə xarici yüksəkvəzifəli şəxsləri daşıyıb”, - deyə məlumatda qeyd olunub.
Nazirlik, həmçinin bildirib ki, dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan XİN tərəfindən verildiyindən, məsələ ilə bağlı əlavə məlumata sahib deyillər.
Qeyd edilib ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. “Sputnik Ermənistan”ın məlumatına görə, həmin marşrut işə salındıqdan sonra 68 belə uçuş həyata keçirilib.























































