MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tanınmış alim, BDU-nun fizika-riyaziyyat elmləri doktoru, Optika və molekulyar fizika kafedrasının professoru, “Tərəqqi” medalına layiq görülmüş nəcib insan və nüfuzlu ziyalı Rasim Məmmədovun 75 illik yubileyidir.
Rasim Qara oğlu Məmmədov 1950-ci il iyunun 1-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Nərimanlı kənd orta məktəbini Qızıl medalla bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə daxil olmuş, yüksək göstəricilərinə görə 3-cü kursda sonra təhsilini davam etdirməyə Moskva İdarəetmə Problemləri İnstitutuna göndərilmişdir. 1972-ci ildə həmin ali məktəbi Fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasına göndərilmişdir. 1976–1979-cu illərdə BDU-nun Radiofizika ixtisası üzrə aspiranturasında (doktoranturasında) təhsil almış, 1983-cü ildə namizədlik (fəlsəfə doktoru), 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.
Professor Rasim Məmmədov “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikası” adlı yeni elmi İstiqamət açmış və bu sahədə “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar, Bakı, BDU, 2003, 231 s.” adlı rus dilində ilk monoqrafiyanı yazmışdır. Bu elmi istiqamət üzrə ölkəmizin və Rusiya, Ukrayna, Belorus, İran və digər xarici ölkələrin Elmi Mərkəzlərində elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm elmi-praktiki nəticələr əldə etmişdir.
Professor Rasim Məmmədov fizika üzrə Elmi Kəşfin müəllifi kimi İsveç Krallığının Elmlər Akademiyasının təqdimatı ilə Nobel Mükafatına Namizəd olaraq Fizika üzrə Nobel Komitəsinin dəvəti ilə 2020 və 2023-cü illərin Fizika üzrə Nobel Mükafatı müsabiqəsinin iştirakçısı olmuşdur.
Hazırda, yaratdığı Elmi Məktəbdə real makro-, mikro- və nanokontaktlarda baş verən elektron proseslərin elmi - tədqiqatı və alınan mühüm elmi nəticələrin bakalavriat, magistrant və doktorantların tədris prosesinə tətbiq etməklə elmi-pedaqoji fəaliyyətini davam etdirir. Fizika fakültəsi Elmi Şurasının üzvü, “Bakı Universiteti Xəbərləri” və «Journal of Baku Engineering University» jurnallarının redaksiya heyətlərinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.
200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 1 elmi kəşf, 5 ixtira və 50 elmi publisistik məqalənin müəllifidir.
Səmərəli elmi -pedaqoji fəaliyyətinə görə “Tərəqqi” və “BDU-nun 100 illik Yubileyi” medalları ilə təltif olunubdur.
Böyük alim və nəcib insan olan professor Rasim Məmmədovu 75 illik şərəfli yubileyi münasibətilə təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
Fikrət Şiriyev






















































