Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
"Bakcell" "YAŞAT" Fondunun "Hədiyyə Karvanı" layihəsinə qoşuldu
"Bakcell" Azərbaycanın milli qüruru - şəhid övladlarını 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.
"YAŞAT” Fondunun təşəbbüsü ilə həyata keçirilən ölkəmiqyaslı "Hədiyyə Karvanı” sosial layihəsi çərçivəsində "Bakcell” Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş qəhrəmanların övladlarını xüsusi diqqət və qayğı ilə sevindirib. "Hədiyyə Karvanı" layihəsi ölkəmizin bütün regionlarından 1700-dək uşağı əhatə edir. Bu təşəbbüs "Bakcell”in dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir.
"NEQSOL Holding"in tərkibinə daxil olan "Bakcell”, "YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və "YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
"Bakcell” Azərbaycanda, həmçinin Qarabağ bölgəsində gələcək nəsillərin rifahı və inkişafı üçün sosial məsuliyyət fəaliyyətlərini daima diqqət mərkəzində saxlayır.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.






















































