“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva: “Elmdən doğan işıq-Gözlərə nur verən alim oftalmoloq Zərifə Əliyevanın ömür yolu”
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov: Nurla yazılan ömür: Zərifə Əliyeva – elmin zirvəsi, insanlığın örnəyi
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Müstəqillik Günü qeyd olunub
“Böyük Qayıdış” Gənclər Təşkilatı 28 May - Müstəqillik Günü ilə əlaqədar bir sıra tədbirlər keçirib.
Tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların Azərbaycanın dövlətçilik ənənələri, milli şüurun formalaşması və müstəqillik tarixi haqqında məlumatlandırılması məqsədilə təşkil olunub.Təşkilatın idarə heyəti üzvlərinin, Vətən müharibəsi qazilərinin, Qayıdış Könüllülərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Daha sonra gənclər Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal abidəsi”ni ziyarət ediblər.Tədbirlər çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı gənclər tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsini, müstəqillik tarixini özündə əks etdirən eksponatlarla, nadir arxiv sənədləri ilə, fotoşəkillər və numizmatik kolleksiyalarla yaxından tanış olublar.Ekskursiya gənclər üçün yalnız tarixi biliklər baxımından deyil, həm də emosional və mənəvi baxımdan yaddaqalan olub. Onlar muzeydəki tarixi faktlarla tanış olduqca, Azərbaycanın azadlıq və suverenlik yolunda keçdiyi mübarizəni daha dərindən dərk ediblər və bu dəyərləri qorumağın nə qədər vacib olduğunu bir daha anlayıblar.Tədbirlər zamanı xüsusi qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Azərbaycan xalqı ərazi bütövlüyü, suverenliyi təmin olunmuş ölkənin nümayəndələri kimi Müstəqillik Gününü əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Regionda baş verən bütün siyasi, iqtisadi proseslər də göstərir ki, qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır.




























































