İş adamı Cəbrayıl Cəbrayılov: “28 May – Müstəqillik Günü: Milli qürurumuzun, dövlətçilik iradəmizin rəmzi”
Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov - Vardanyanla eyni təcridxanadadır
Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyi növbəti uğurlu konfransını keçirdi
Dünya çempionatı: Azərbaycan və Türkiyə milliləri növbəti görüşlərini keçirəcəklər
Ukrayna iki yol ayrıcında: Ya kapitulyasiya, ya da Azərbaycan təcrübəsindən istifadə etmək
Münsterdə 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü qürurla qeyd olundu
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyası idarə heyətinin üzvü, “Tərəqqi” medalı mükafatçısı Lətifə Əhmədova: “28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir”
Azərbaycan tarixində elə günlər vardır ki, onlar təkcə bir tarixi hadisəni deyil, bütöv bir xalqın əzmini, iradəsini, azadlıq istəyini və milli kimliyini ifadə edir. Məhz belə günlərdən biri də 28 May – Respublika Günüdür. Bu gün Azərbaycan xalqının istiqlal və müstəqillik yolunda göstərdiyi mübarizənin, dövlət quruculuğuna verdiyi töhfələrin rəmzidir. 1918-ci ilin 28 mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti — Şərqdə ilk demokratik respublika kimi tarixə düşdü və bu hadisə millətimizin yaddaşına qızıl hərflərlə həkk olundu.
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası idarə heyətinin üzvü, “Tərəqqi” medalı mükafatçısı Lətifə Əhmədova da bu əlamətdar tarixə böyük dəyər verir. Onun fikrincə, 28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindən biridir: “1918-ci il xalqımızın taleyində dönüş nöqtəsi oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız dövlət müstəqilliyinin bərpası deyildi, həm də milli ruhun, iradənin, siyasi düşüncənin və modern dövlət quruculuğu təfəkkürünün təcəssümü idi.”
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, xalqın hüquqlarının qorunması, demokratik idarəçilik, insan hüquqlarının tanınması, qadınlara seçki hüququnun verilməsi kimi məsələlərdə bir sıra mühüm qərarlar qəbul etdi. Bu, müasir dövrdə belə nümunəvi sayıla biləcək bir cəmiyyət modeli idi. Lətifə Əhmədova bildirir ki, o dövrdə qadınların cəmiyyətin siyasi və ictimai həyatında iştirakına imkan yaradılması, bu gün qadın sahibkarlığının inkişafı üçün atılan addımların mənəvi təməlini qoydu: “Cümhuriyyət dövründə qadınlara səsvermə hüququnun verilməsi sadəcə bir hüquq məsələsi deyildi. Bu, qadına olan etimadın, onun cəmiyyətin fəal üzvü kimi qəbul edilməsinin, dövlətçilik prosesinə qadın baxışının vacibliyinin göstəricisi idi. Bu gün biz qadın sahibkarlar həmin ənənənin daşıyıcılarıyıq.”
Müstəqillik anlayışı, heç şübhəsiz, təkcə siyasi atributlarla ölçülmür. Bu anlayış həm də iqtisadi azadlıq, hüquqi dövlət, vətəndaş cəmiyyətinin inkişafı və milli mənəvi dəyərlərə sahib çıxmaqla tamamlanır. Lətifə Əhmədova bu məsələyə xüsusi diqqət yetirərək qeyd edir ki, 1991-ci ildə müstəqilliyimiz yenidən bərpa edildikdən sonra, Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları müasir dövrdə davam etdirildi və bugünkü güclü Azərbaycan dövləti həmin irsin varisidir. “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildi. Bugünkü iqtisadi sabitlik, sosial rifah və beynəlxalq nüfuz — hamısı həmin davamlı siyasətin nəticəsidir.”
Lətifə Əhmədovanın fikrincə, Azərbaycan qadını bu gün cəmiyyətin bütün sahələrində olduğu kimi, iqtisadi inkişafda da fəal iştirak edir. Bu sahədə dövlətin göstərdiyi dəstək, qadınların özünəinamını artırır, onların sahibkarlıq təşəbbüslərini stimullaşdırır. “Biz qadınlar müasir müstəqil dövlətin iqtisadi dayağına çevrilirik. Müstəqillik həm də seçim azadlığı, təşəbbüs göstərmək və ölkənin rifahı üçün töhfə vermək azadlığıdır. 28 May bu azadlığın təməl günlərindən biridir,” – deyə o vurğulayır.
Azərbaycan cəmiyyətində qadın sahibkarların fəallaşması, onların iqtisadi və sosial layihələrdə önəmli rol oynaması, məhz hüquqi dövlətin və müstəqilliyin bəhrəsidir. Lətifə Əhmədova qeyd edir ki, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası olaraq onlar bu istiqamətdə mühüm fəaliyyət göstərir, regionlarda qadınların maarifləndirilməsi, iş imkanlarının yaradılması və onların dövlət proqramlarına qoşulması üçün layihələr həyata keçirirlər. “Bu gün hər bir qadın sahibkar öz uğuru ilə Azərbaycan iqtisadiyyatının dirçəlişində iştirak edir. Bu uğurların hər biri öz başlanğıcını azadlıqdan və dövlət müstəqilliyindən alır,” – deyə o əlavə edir.
28 May — keçmişi yad etmək deyil, həm də gələcəyə baxışdır. Bu günün mahiyyəti yalnız tarixə nəzər salmaqla bitmir, o, həm də hər bir Azərbaycan vətəndaşının, xüsusilə də qadınların öz imkanlarını reallaşdırdığı, milli dəyərlərə sahib çıxaraq müasir cəmiyyətə töhfə verdiyi gündür. Lətifə Əhmədova bildirir ki, bugünkü nəsil Cümhuriyyətin mirasını daşıyır və onu daha da zənginləşdirmək üçün çalışır: “Biz bu günün anlamını dərk etdikcə, üzərimizdəki məsuliyyəti daha çox hiss edirik. Müstəqillik yalnız əldə edilən deyil, həm də qorunmalı və inkişaf etdirilməli olan bir nemətdir.”
Lətifə Əhmədova 44 günlük Vətən müharibəsində qazanılmış zəfəri də Cümhuriyyət ideallarının müasir təcəssümü kimi dəyərləndirir. “Bu müharibədə Azərbaycan xalqı birlik və iradə nümayiş etdirdi. Tarixi torpaqlarımızın azad olunması ilə nəticələnən bu Qələbə, Cümhuriyyətin əsasını qoyduğu milli ruhun yenidən təntənəsidir. Bu qələbə göstərdi ki, biz xalq olaraq müstəqilliyimizi qorumağa, vətənimizə sahib çıxmağa qadirik.”
Lətifə Əhmədova vurğulayır ki, bu gün hər bir Azərbaycan vətəndaşı, istər qadın, istər kişi, istər gənc, istər yaşlı – hamı bu müstəqilliyin daşıyıcısı və qoruyucusudur. Bu vəzifə yalnız dövlət rəhbərliyinin yox, bütün cəmiyyətin üzərinə düşən müqəddəs bir borcdur. “28 May günü bizə təkcə fəxr etmək yox, həm də daha çox çalışmaq, gələcək nəsillərə daha güclü, daha müasir və daha vətənpərvər bir Azərbaycan miras qoymaq məsuliyyətini xatırladır.”
Beləliklə, 28 May – Respublika Günü təkcə bir tarix deyil, xalqımızın qürur duyduğu bir dəyər, gələcək uğurlarımızın təməlidir. Hər bir Azərbaycan vətəndaşı bu tarixə ehtiramla yanaşmalı, onun yaşadılması və davam etdirilməsi üçün öz sahəsində səylə çalışmalıdır. Bu, həm dövlətçilik borcudur, həm də milli-vətəndaşlıq məsuliyyətidir.
Hazırladı:
Fərid Faiqoğıu
"Xezertv.info"nun rəhbəri,
AJB-nin üzvü