Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

20 May 2025 19:25Manşet / Gündəm

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış üzrə deputatı İltizam Yusifov “ŞİRVAN FK” futbol komandasının rəhbər heyətini və klubun üzvlərini qəbul edib.

 

Xezertv.info xəbər verir ki, “ŞİRVAN FK” komandasının möhtəşəm oyunları, qolları, minlərlə azarkeş dəstəyi və gözlənilməz nəticələri ilə nəyinki Regionun Azərbaycanın ən sevimli komandasına çevrilib. “ŞİRVAN FK” göstərdiyi oyun və qazandığı nəticələrlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Region Liqasının finalına vəsiqə qazandı. Bildiyiniz kimi “Energetik Əli-Bayramlı FK” 1997-ci ildə fəaliyyətini dayandırmışdır. 28 ildən sonra “ŞİRVAN FK” futbol klubunun yaradılması Şirvanda sözün əsl mənasında ab-havanı dəyişib. İnsanlar artıq komandanın növbəti oyunlara başlayacağı günləri səbirsizliklə gözləyirlər. Bizim məqsədimiz idmana olan marağı daha da artırmaq və futbol azarkeşlərini sevindirməkdir.


11.10.2023-cü il tarixində Şirvan Şəhəri, şəhərin veteran futbolçuları, həvəskar futbolçular və könüllü gənclər tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış üzrə deputatı hörmətli İltizam Yusifova müraciət edərək Şirvan futbol klubu (“SHIRVAN-FK”) komandasının yaradılmasına dəstək olmasını xahiş etmişdilər. Hörmətli İltizam Yusifov komandanın yaradılması, futbol idmanın inkişafı üçün lazımı dəstəyini göstərdi. Azərbaycan Respublikası Milli Məclisində çıxışı zamanı stadionun tikintisinə 10 milyonlarla xərc qoyulan, 80 % işlərin bitdiyi, böyük futbol ənənələri olan Şirvan şəhərinin mərkəzi stadionu, işlərin dayandırılması səbəbindən 15 ildir baxımsız halda olduğunu dəfələrlə qeyd etmişdir. Aidiyyatı qurumlardan, bu məsələni həllində köməklik etməyi xahiş etmişdir. Stadionun yenidən bərpası uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayır. Eyni zamanda, bu stadionda keçiriləcək yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradacaqdır. Hər zaman “ŞİRVAN FK” futbol klubuna maddi və mənəvi dəstək göstərdiyi üçün Şirvanlılar, İdmansevərlər adından hörmətli İltizam Yusifova öz təşəkkürümümzü bildiririk.


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana, idmançılara olan qayğısının Şirvan Şəhərində hər zaman hiss olunduğunu, şəhər rəhbərliyinin bu qayğını əldə rəhbər tutaraq idmançıların yanında olduğunu, onlara olan səmimi münasibətin daim yüksək səviyyədə olduğunu vurğulamaq istəyirəm.


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov Şirvan Şəhərində fəaliyyətə başladığı ilk gündən idman sahəsini həmişə diqqətdə saxlaması, bu sahənin inkişaf etdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, idmançılarla görüşməsi, onları təltif etməsi, mükafatlandırması dediklərimizin əyani sübutudur. Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “ŞİRVAN FK” komandası ilə görüşməsi idmançılara ayrılan növbəti diqqətdir.


"Şirvan FK" Prezidenti Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ-nin direktoru hörmətli Ramil Tağıyev bizim kluba rəhbər təyin ediləndən sonra əldə olunan nəticələrin davamlı xarakter aldığını və Finalda təmsil olunmağımızla bir daha rəhbərliyin "Şirvan FK" klubuna daima diqqət ayrıldığını sübut edir. “ŞİRVAN FK” futbol komandasının daha uğurlu nəticə əldə etməsi üçün birlikdə mübarizə aparmaq və daha yaxşı futbol oynamasına ehtiyac vardır.


Biz İlk dəfə fəaliyyətə başladığımız zaman Şirvan Şəhər İcra Hakimiyyəti nümayəndələri, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəhbərliyi və digər nümayəndələrlə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyevin abidəsi ziyarət olundu, abidə önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildikdən sonra Şirvan Şəhərində yerləşən Şəhidlər Xiyabanında Şəhidlərimizi ziyarət etmişik. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olan şəhidlərimizin ruhları şad olsun, ailələrinə səbr versin. Region liqasında biz bütün uğurlarımızı Şəhidlərimizə həsr etmişik. Çünki onların uğuru sayəsində biz də uğur qazana bilirik. “ŞİRVAN FK”-a hər zaman dəstək olduqları üçün Şirvan şəhər Şəhid ailələrinə, Qazilərə, Müharibə iştirakçılarına və Şirvanlı azarkeşlərə öz dərin təşəkkürümümzü bildiririk.


Xüsusi ilə qeyd etmək istərdim ki, “ŞİRVAN FK”-nun bütün oyunlarında, yarışın keçirildiyi müddət ərzində İctimai qaydaya və ictimai təhlükəsizliyə daha ciddi riayət edilməsi üçün Şirvan Şəhər Polis şöbəsinin rəisi polkovnik leytenant Seymur Əfəndiyevə polis heyəti ilə təmin edilməsində bizə köməklik göstərdiyi üçün öz minnətdarlığımız bildiririk.


Görüşdə “Şirvan” futbol klubunun prezidenti Ramil Tağıyevə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi, klubun üzvlərinə xatirə hədiyyələri təqdim olunub. Həmçinin şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova “Şirvan” futbol klubunun imzalı futbol topu təqdim edilib


“ŞİRVAN FK” rəhbər heyəti hər şeyi düşünülmüş addımlarla və sağlam təməllər üzrə həyata keçirir. 22 may 2025-ci il tarixində Azərbaycanın iki möhtəşəm komandası – “ŞİRVAN FK” və “XANKƏNDİ FK” Qəbələ şəhər stadionunda bir futbol həyəcanı yaşadacaq. Final oyunu"CBC Sport"la canlı təqdim ediləcəkdir.


Qəbələ şəhər stadionunda keçiriləcək “ŞİRVAN FK” və “XANKƏNDİ FK” Final oynunda “ŞİRVAN FK” komandasına uğurlar arzulayırıq.


“ŞİRVAN FK” GÜCLÜ VƏ MƏĞLUBEDİLMƏZDİR!.


“ŞİRVAN FK” BİRLİYİMİZ QALİBİYƏTİMİZDİR!


“ŞİRVAN FK” BİZİM BİRLİYİMİZ BÜTÜN SAHƏLƏRDƏ ÖZÜNÜ BİRUZƏ VERİR!


“ŞİRVAN FK” BİZİM BİRLİYİMİZ BİZİM NAİLİYYƏTİMİZDİR!


 

Hörmətlə,

Taleh Məmmədov

“ŞİRVAN-FK” Şirvan Futbol Klubunun Təsisçisi, Vitse-Prezidenti