İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Şirvanda avtomobil 4 piyadanı vurdu
Şirvan şəhərində avtomobil dörd piyadanı vurub.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarında dayanan avtomobillərə çırpılıb, sonra dörd nəfər piyadanı vurub.
Qəza nəticəsində Qaradağ rayon sakini 1989-cu il təvəllüdlü Sadıqov Xətai Elman oğlu, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Nəsirov Cavidan Nizami oğlu, Şirvan şəhər sakini 1971-ci il təvəllüdlü Nəzərov Bəxtiyar Əliş oğlu və Hacıqabul rayon sakini 1987-ci il təvəllüdlü İsrafilov Seymur Nüsrətddin oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına çatdırılıblar.
Xəsarət alan piyadalar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.























































