Menu
Xəbər Lenti
Toyu zəhərə dönənlər...
30-04-2025, 08:14

Toyu zəhərə dönənlər...

“Çukur”un filmi çəkilir
29-04-2025, 06:48

“Çukur”un filmi çəkilir

03 May 2025 20:40Manşet / Gündəm

"Super İnşaat" MMC və "AQANA" MMC-nin kölgədə qalan oyunları – MTK rəhbəri Azad Nağıyev və şəbəkəsi ifşa olunur

Bakunews.az araşdırma materialı

Möhtəbər mənbədən aldığımız məlumatlar əsasında apardığımız araşdırmalardan məlum olub ki, Bakıda fəaliyyət göstərən "Super İnşaat" MTK-nın rəhbəri Azad Nağıyev tərəfindən ciddi maliyyə maxinasiyaları həyata keçirilib. Banklardan götürülən iri məbləğli kreditlərə girov qoyulan əmlakların saxta sənədlərlə satılması və mülkiyyət hüququnun müxtəlif şəxslərə qanunsuz şəkildə ötürülməsi nəticəsində bir sıra vətəndaşlar maddi və hüquqi zərərə məruz qalıb. Zərərçəkənlər içində Bank filial müdirlərinində olduğu bizə məlumdur.

İddialara görə, Azad Nağıyev yaxın dostu adlandırdığı şəxsin əmlakını da onun razılığı olmadan başqa bir şəxsə satmağa cəhd edib. Bu faktla razılaşmayan həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırmalar zamanı ortaya çıxan yeni bir fakt isə ikinci zərərçəkmiş şəxs Rasim Kərimovun Azad Nağıyev tərəfindən saxta sənədlərlə 850 kvadratmetrlik obyektə sahib olduğu iddiasıdır.

Qeyd edilən əmlak isə 4500.000 qarşılığında 2014-cu ildə Rasim Kərimov adlı şəxsə satılıb. Amma əmlakın bankda girov olması rəsmi çıxarışın alınmasına çox ciddi problemlər yaradıb. Əmlakın Rasimə satılmasından xeyli əvvəl 5 milyon qarşılığında "Premiumbank" və "Dekabank"larda girovda olması isə faktdır. Odur ki, Rasim Kərimov Azad Nağıyevlə razılaşaraq əmlak sahibinin xəbəri olmadan sənədlərdə saxtakarlıq edərək 2014-cu ildə mülkiyyət sahibi ilə bağlanmış müqaviləni pozaraq geri tarixə 2010-cu ilə müqavilə bağlayaraq əmlakı R.Kazımova satdığını göstərir. Bu yolla əmlakı bankın girovuna qoyulmasının qanunsuz olmasını və ya dolayı yollarla bankda olan əmlakın özəlləşdirilməsinə cəhd edilir. Banklar isə buna hüquqi tədbirlər gördürərək maneə olur. Elə bu məqamda saxta sənədlər müqavilələr ortalığa çıxır.

Rasim Kərimovun əldə etdiyi 850 Kvmetrlik obyekt əslində həmin zaman bankda girovda olub. Rasim Kərimovun məhs obyektin banlda girov olmasındanda xəbəri olduğu halda 4500.000 manatı Azd Nağıyevə verməsi onun sonradan müqavilələrdə edilən dəyişikliklərdə əlbir olmasına dəlalət edir. Azad Nağıyevlə Rasim Kərimov sonradan obyektə dair daxili müqavilə əsasında 2010-cu ilə aiddir kimi sənədlərdə dəyişikliklər ediblər. Bununla belə, rəsmi sənədlərin olmaması və alqı-satqının qeyri-rəsmi formada həyata keçirilməsi Azad Nağıyevə qanunsuz gəlir əldə etməsində böyük imkanlar yaradıb.

MTK-nın adı müxtəlif mənzillərin və obyektlərin eyni vaxtda bir neçə şəxsə satılması ilə bağlı qalmaqallarda da hallanır. Azad Nağıyev bu yollarla böyük gəlirlər əldə etsə də, nəticədə bank borclarını ödəyə bilmədiyindən, həmin əmlakların bir hissəsi bank tərəfindən müsadirə olunub.

Əldə etdiyimiz məlumata görə, “Super İnşaat” MMC-nin tək sahibi kimi tanınan Azad Nağıyev əslində tək fəaliyyət göstərməyib. Hazırda həbsdə olan Nağıyevin əsas şəriklərindən biri – keçmiş Mərkəzi Bank sədri Elman Rüstəmov olub. Rüstəmovun dəstəyi ilə cəmi 10 manat nizamnamə kapitalı olan “Super İnşaat” MMC-yə milyonlarla manatlıq kreditlər ayrılıb və bu vəsaitlərin bir qismi tikilən mənzillərlə ödənilib. Lakin şirkət qeyri-şəffaf maliyyə idarəçiliyi səbəbindən çətin vəziyyətə düşüb və Azad Nağıyev çarəni əmlakları bir neçə şəxsə satmaqla yaranmış borcları ört-basdır etməkdə görüb. Məhkəmə istintaqı zamanı Azad Rəhimov şirkətdəki yeyintilərin onun deyil Elman Rüstəmovun mənimsəməsini iddia etmişdir. Lakin elə bu iddia olaraqda yasamal rayon məhkəməsinin məhkəmə zalındada qaldı. Elman Rüstəmov Məhkəmə iclasına ifadə verməsi üçün gətirilə bilmədi. Buda postunu itirən şəxslərin belə Məhkəmə hakimindən üstə olduğunun nümunəvi göstəricisidir.

Qeyd etmək lazımdır ki, şirkətin digər şəriklərindən birinin hazırda vəzifədə olan rayon icra başçısı olduğu da iddia edilir. Həmin şəxsin adı torpaq və tikinti sahəsində müxtəlif maxinasiyalarda hallanır və bu istiqamətdə araşdırmalarımız davam edir.

Ən ciddi məsələlərdən biri isə Elmlər Akademiyası ərazisində inşa edilmiş və "AQANA" MMC-nin adını daşıyan binada 850 kvadratmetr sahəyə malik əmlakın girovda olduğu halda Rasim Kərimova satılmasıdır. Bu faktlar, Azad Nağıyevin rəhbərlik etdiyi şirkətin və onun ətrafındakı şəxslərin qanunsuz yollarla gəlir əldə etdiyini ortaya qoyur. Məhs Elman Rüstəmovun ən böyük şəriklik payıda elə "AQANA" MMC də olub.

İnsamnların əmlakını aldatma yolu ilə bir neçə şəxsə satan banklara külli miqdarda borcu olan şəxs Azadlığa çıxmağa cəhd edir


Ən maraqlısı isə Azad Nağıyevin azadlığa çıxmaq üçün Prezidentin imzası ilə verilən ƏFV sərəncamına daxil olmaq üçün 50 min manat rüşvət verdiyi iddiasıdır. ƏFV sərəncamının prezidentin iradəsi ilə baş tutduğunu nəzərə almayan Nağıyev, bu məqsədlə Azər İsrafilova rüşvət verdiyi bildirilir. Lakin nəticə əldə etmədiyindən 4 gün sonra Korrupsiya ilə Mübarizə Baş İdarəsinə müraciət edərək Azər İsrafilovun həbsi ilə nəticələnən prosesə səbəb olub.

Hazırda "Super İnşaat" MMC-nin direktoru kimi tanınan Azad Nağıyevin həbs həyatı yaşadığı həbsxanada şəraitinin digər məhkumlardan yaxşı qurulması hələdə qoruyucu mələklərinin olmasından xəbər verir. Lakin ona qarşı sürülən iddialar bununla bitmir. Azad Nağıyev və onun şəbəkəsinin tərəfimizdən aparılan araşdırmalarda ifşa edilməsinə çox az məqam qaldı. Bakunews.az olaraq bu məsələ ilə bağlı geniş araşdırmamızı davam etdiririk və yaxın günlərdə yeni faktlarla sizinlə bölüşəcəyik.

Bakunews.az Araşdırma Qrupu