Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
Damar xəstəliklərinin kontrastlı rentgenoloji müayinə üsulu olan angioqrafiya icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Başın, ətrafların, ürəyin və digər orqan və nahiyələrin damarlarının angioqrafiyası damar patologiyalarının diaqnostikasında bütün mövcud üsullar arasında ən etibarlı və dəqiqidir. İnvaziv müayinə üsulu olan angioqrafiyanın köməyi ilə qan damarlarında stenoz (daralma), tıxanma, anevrizmalar, anadangəlmə damar anomaliyaları, damarların travmatik zədələnməsi və qan axınına mane olan digər patoloji halları aşkar etmək mümkündür.
“Qafqazinfo” xəbər verir ki, 2024-cü ildə icbari tibbi sığorta hesabına 50 806 angioqrafiya müayinəsi aparılıb.
Əsasən yerli anesteziya ilə aparılan prosedur zamanı pasiyent demək olar ki, ağrı və narahatlıq hiss etmir. Müayinə olunan damara kontrast maddə yeridildikdən sonra rentgen, KT və ya MRT vasitəsilə damarlar monitorda görüntülənir.
Stenokardiya, miokard infarktı, ateroskleroz, anadangəlmə ürək-damar qüsurları kimi ürək xəstəliklərinin diaqnostikasında angioqrafiya qızıl standart hesab edilir. Angioqrafiya müayinəsi invaziv radioloq və ya invaziv kardioloq tərəfindən icra olunur. Müayinə üçün göndərişlər kardioloq və damar cərrahları, həmçinin nevroloq, neyrocərrah, onkoloqlar və digər mütəxəssislər tərəfindən verilir.
İnvaziv müayinə üsulu olmasına baxmayaraq angioqrafiya nisbətən təhlükəsiz prosedurdur. Prosedurdan sonra ağırlaşmanın baş vermə ehtimalı çox aşağıdır və bu risk 5%-i keçmir. Angioqrafiyada yod tərkibli kontrast maddələrdən istifadə olunur. Bu preparatlar allergik xüsusiyyətlərə malik olduğu üçün allergik reaksiyası olan insanlar müayinədən əvvəl bu barədə həkimə məlumat verməlidir.
Adətən angioqrafiya müayinəsindən 8-12 saat sonra pasiyent evə buraxılır.
Angioqrafiya zamanı invaziv müdaxilə önü müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, dərman və tibbi sərf, istifadə edilən kontrast maddə icbari tibbi sığorta təminatına daxildir. Angiografiya müayinəsi tibbi göstərişlərə əsasən TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Səhiyyə Nazirliyi yanında Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.























































