GÜNƏŞİN ÖVLADLARI – Xüsusi Təyinatlı Qüvvələrin canlı əfsanəsi Şərafəddin Xankişiyev...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Maduro və həyat yoldaşı bu həbsxanada saxlanılır - “El Çapo”, “Diddi” ilə eyni ünvan...
ARHD.AZ saytının idarə heyətinin ilk iclasında Ehram Məcidov fəxri üzv adına layiq görülüb
Həyatla ölüm arasında ümid körpüsü: Təcili Tibbi Yardımın fədakar həkimi Lalə Məmmədova
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
Xalqa xidmət, sözə sədaqət və vətənə dəstək nümunəsi – Həkim-stomatoloq, AYB və AJB üzvü Təyyar Yəhyayev
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
TƏBRİK EDİRİK: Ramin Abasovun Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunması münasibətilə...
Hörmətli Ramin müəllim,
Sizi Azərbaycan təhsil sistemində mühüm rola malik olan Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, bu məsuliyyətli vəzifədə Sizə uğurlar arzulayırıq.
Sizin uzun illər ərzində təhsil sahəsində göstərdiyiniz səmərəli fəaliyyət, peşəkar idarəçilik bacarığınız, pedaqoji təcrübəniz və vətənə, dövlətə sədaqətiniz bu təyinatın arxasında dayanan əsas amillərdən biridir. Əminik ki, Siz bu yüksək vəzifədə də üzərinizə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirəcək, ölkə rəhbərliyinin təhsilin inkişafı istiqamətində müəyyənləşdirdiyi hədəflərə uyğun şəkildə fəaliyyət göstərəcəksiniz.
Dağlıq Şirvan bölgəsinin təhsil sistemində keyfiyyətin artırılması, idarəetmədə şəffaflığın təmin olunması, müəllim və şagird heyəti üçün əlverişli tədris mühitinin yaradılması və innovativ yanaşmaların tətbiqi kimi vacib məsələlərdə Sizin rəhbərliyinizlə ciddi nailiyyətlər əldə olunacağına inanırıq.
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri olan təhsil sahəsində görülən işlərə Sizin də öz töhfənizi verəcəyinizə əminik. İnanırıq ki, Siz hər zaman olduğu kimi, yeni vəzifənizdə də xalqın, dövlətin və cəmiyyətin etimadını doğruldacaq, xüsusilə gələcək nəslin vətənpərvər, bilikli və savadlı yetişməsi üçün bütün bilik və bacarığınızı səfərbər edəcəksiniz.
Yeni fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı, vəzifə borcunuzu ləyaqətlə yerinə yetirməkdə səbr və iradə arzu edirik. Dağlıq Şirvan bölgəsində təhsilin inkişafı naminə atacağınız hər bir addımda yanınızdayıq!
Dərin hörmət və ehtiramla,
Hürü Hacızadə
“Siyasət və Gerçək Uğur” jurnalının Baş redaktoru,
“Xezertv.info”-nun icraçı direktoru,
Yazıçı-publisist, “Qızıl Qələm” mükafatçısı,
“Təsəlli” Şəhid Analarına Mənəvi Dəstək İB-nin həmsədri,
Rizvan Əhmədli
“Ekspert” qəzetinin Baş redaktoru,
“Qızıl Qələm” mükafatçısı
Səfərov Fərid Faiq oğlu
“Xezertv.info”
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü,
“Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin fəxri üzvü,
“Qayğıya Ehtiyacı və Əlillərə Dəstək” İB-nin mətbuat katibi,
“TƏSƏLLİ” Şəhid Analarına Mənəvi Dəstək
İB-nin həmsədri, “Qızıl Qələm” mükafatçısı,
Ehtiyatda olan HHMQ zabiti























































