Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
ABB müştərilərə yığım imkanı və əlavə qazanc fürsəti yaradan daha bir yeni innovativ məhsulunu təqdim edib. Bu, bankın “Dama-dama” adlı rəqəmsal yığım hesabıdır.
Müştərilər “ABB mobile” tətbiqi vasitəsilə belə bir hesab yaradıb orada müxtəlif məqsədlər üçün müntəzəm şəkildə kiçik vəsaitlər toplaya, faiz qazancı əldə edə bilərlər.
“Dama-dama” məhsulu, xüsusən, qarşısına yeni mobil telefon, yaxud başqa müxtəlif cihazlar, səyahət paketləri, ziynət əşyaları və s. almaq kimi minimal hədəflər qoymuş şəxslər üçün unikal imkandır. Onlar “Dama-dama” hesablarına hər gün, hər həftə və ya hər ay kiçik məbləğlər daxil edə bilərlər. Eləcə də onlayn və POS terminal ödənişləri zamanı məbləği 1 manata, 5 manata, 10 manata qədər yuvarlaqlaşdırıb əlavə məbləği rəqəmsal yığım hesablarında toplamaq mümkündür. Bu zaman hədəflərə daha tez çatmaq olacaq.
“Dama-dama” hesabında yığılan vəsaitlərə illik 6% gəlir hesablanır. Faiz qazancı hər ayın sonunda müştərinin hesabına əlavə olunur. Hesabdakı vəsaiti istənilən zaman istifadə etmək olar. Rəqəmsal hesab sahibi ABB mobile tətbiqi üzərindən hesabını rahatlıqla idarə edə bilir.
“Dama-dama” məhsulu gələcəyini planlaşdıran gənclər, o cümlədən gənc ailələr, kiçik məbləğlərlə yığım etmək istəyənlər, şəxsi maliyyə intizamını gücləndirməyə çalışanlar, pul yığmaq üçün rahat alət axtaranlar, bir sözlə hər kəs üçündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.





















































