“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Zahid Xəlilov "EKOLOJİ TERRORA" rəvac verir?-VİDEO
Bakı şəhərinin ən böyük rayonlarından biri olan Nəsimi rayonu artıq altı aydır ki, icra başçısız qalıb.
Mediatv.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin deputatı olan sabiq icra başçısı Asif Əsgərov, 23 sentyabr 2024-cü ildə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Lakin o zamandan bəri rayon rəhbərliyi postu müəqqəti olaraq Zahid Xəlilova tapşırılıb.Redaksiyamıza daxil olmuş məlumata görə Nəsimi rayonu ərazisində ayrı-ayrı şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və qanunsuz tikililər geniş vüsət alıb.Belə ki, Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında Şəki restoranını sökürlər,qanunsuz sökünti aparan şəxslər iri gövdəli yaşıl ağac və 20-dən artıq zeytun ağacı kəsiblər. Məlumatda bildirilir ki,restoran sökülərək ərazidə qanunsuz olaraq yeni inşa işləri aparılması planlaşdırılır.Etibarlı mənbənin Mediatv.az-a verdiyi məlumata görə belə qanunsuz işləri görməyə müəyyən maraqlar daxilində "qeyri-rəsmi icazəni" rayona müəqqəti rəhbərlik edən Zahid Xəlilov və rayonun baş memarı Ələsgər Rüstəmov verib.Bəs gərəsən nəzarətedici qurumların - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Bakı Şəhər İcra Hakimiyyətlərin Nəsimi rayonundakı bu qanunsuzluqlardan xəbəri varmı?Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mövzuya qayıldacağıq.























































