Xəbər Lenti
Dünən, 13:46
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Dünən, 12:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 12:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
4-10-2026, 11:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
3-10-2026, 20:23
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
3-10-2026, 14:10
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
3-10-2026, 12:04
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
2-10-2026, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirildi
Azərbaycan Ordusunun Təlim Tədriz Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyunlarının rayon mərhələsi keçirilib.
Aprelin 22-də baş tutan tədbirdə Nəsimi RİH başçısı Asif Əsgərov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəis müavini, polkovnik Vidadi Cahangirov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və digər şəxslər iştirak ediblər.
22 məktəbdən eyni sayda komandanın iştirak etdiyi yarış münsiflər heyətinin sədri “Şahin” komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra açıq elan edilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşıda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.
Nümunəvi çıxışlardan sonra komandalar 4 növ üzrə mübarizə aparıblar. Sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması və mülki müdafiə hazırlığı üzrə məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb. Yarışda 300-dən çox yeniyetmə və gənc iştirak edib.























































