Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Metronun "28 May" stansiyası bu tarixdə bağlanır
"Bakı Metropoliteni"nin "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni"ndən bildirilib.
Qeyd olunub ki, tikinti işlərinə ilin son rübündə başlanılması nəzərdə tutulub.
"Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumat veriləcək", - qurumdan bildirilib.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin "28 May” stansiyasında kəsişərək birləşən "Qırmızı” və "Yaşıl” xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi "Dərnəgül” elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra "Qırmızı" və "Yaşıl” xətlərin ayrılması üçün "Cəfər Cabbarlı” və "Nizami” stansiyasiyaları arasında təxminən 200 metrlik tunelin inşası planlaşdırılır. Həmin dövrdə "Qırmızı” xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Qatarlar "İçərişəhər"- "Həzi Aslanov” istiqamətində hərəkət edəcək.
"Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun "28 May” stansiyası qismən bağlanacaq.























































