Xəbər Lenti
Bugün, 11:21
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Dünən, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
2-11-2026, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Ötən ay zəhərlənmədən 5 nəfər öüb
Mart ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.
Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, 48 nəfər dərmandan, 23 nəfər sirkə turşusundan, 4-ü spirtli içkidən, 2-si qidadan, 14 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələr zəhərlənmə ilə, 5 nəfər allergik reaksiya, 1 nəfər anafilaktik şok, 1 nəfər ilan sancması səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfərin (4 kişi cinsli, 1 qadın cinsli) ölüm faktı qeydə alınıb.
Ölüm səbəbləri sirkə turşusu, allergik reaksiya, dəm qazı və spirtli içki zəhərlənmələri kimi qeyd olunur.























































