Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Jurnalist səhvən hökumətin mesaj qrupuna salındı - Məxfi məlumatları gördü
ABŞ-də jurnalistin səhvən yüksəkvəzifəli şəxslərin olduğu qrupa əlavə edilməsi ölkədə qalmaqal yaradıb.
“Qafqazinfo” xəbər verir ki, bu hadisə hazırda Amerika mətbuatının əsas müzakirə mövzusudur. Belə ki, “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberq ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts tərəfindən Yəməndə husilərə qarşı çox məxfi hərbi əməliyyatları müzakirə etmək üçün yaradılan çata əlavə edilib.
C.Qoldberq məsələ haqda özü danışıb: “ABŞ milli təhlükəsizlik rəhbərləri məni Yəmənə endiriləcək hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil etdilər. Bunun real ola biləcəyini düşünmürdüm. Sonra oraya bombalar düşməyə başladı”.
O bildirib ki, martın 15-i ABŞ Yəməndə husi hədəflərini bombalayıb, lakin Qoldberq hadisədən təxminən 2 saat əvvəl artıq bunun olacağını bilirmiş: “Bunu bilməyimin səbəbi o idi ki, ABŞ müdafiə naziri Pit Heqset mənə saat 11:44-də müharibə planını mesajla göndərmişdi. Plana silah paketləri, hədəflər və vaxt haqqında dəqiq məlumatlar daxil idi.
Martın 11-də Maykl Uolts kimi tanınan istifadəçidən “Signal”a qoşulma sorğusu aldım. “Signal” digər mətn mesajlaşma xidmətlərindən daha çox məxfilik istəyən jurnalistlər və digərləri arasında məşhur olan şifrəli mesajlaşma xidmətidir. Maykl Uolts Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviridir. Mən onunla keçmişdə tanış olmuşam və onun mənimlə əlaqə saxlaması mənə qəribə gəlməsə də, Tramp administrasiyasının jurnalistlərlə mübahisəli münasibətini və Trampın vaxtaşırı mənə xüsusi diqqət yetirməsini nəzərə alaraq bunu bir qədər qeyri-adi hesab etdim. Dərhal ağlımdan keçdi ki, kimsə məni birtəhər tələyə salmaq üçün Uolts kimi maskalanıb”.
İki gün sonra isə o, Yəməndə husilərə qarşı hücumları müzakirə etdikləri “Houthi PC Small Group” adlı zəncirə qoşulmağa dəvət edilib. Amerikalı jurnalist qeyd edib ki, Uoltsun təsadüfən özünü bu qrupa qatdığını düşünüb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes məsələnin mediada müzakirəsindən sonra yazılı açıqlama verərək gündəmə gələn mesaj mövzusunun real göründüyünü və söhbət qrupuna təsadüfən bir nömrənin necə əlavə edildiyini araşdırdıqlarını deyib. O, bunun Yəmən əməliyyatlarına heç bir zərər vermədiyini də əlavə edib.
Digər tərəfdən ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı suala “Mənim bu mövzuda heç bir məlumatım yoxdur” deyə cavab verib. “Atlantic” jurnalını oxumadığını deyən Tramp hadisədən xəbərsiz olduğunu, lakin sözügedən səhvin Yəməndəki hücumlara heç bir təsirinin olmadığını da qeyd edib.
Sosial şəbəkələrdə bir çox istifadəçi ABŞ-nin gizli müharibə planlarının təsadüfən bu şəkildə jurnalistə göndərilməsinin qəbuledilməz olduğunu bildirib.


























































