31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum etdi
ABŞ Prezidenti Donald Tramp bu vəzifədə sələfi olan Cozef Baydeni məxfi məlumatlara girişdən məhrum edib.
"Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Qadağa həmçinin Bayden ailəsinin bütün üzvlərinə, eləcə də əvvəlki Amerika administrasiyasının bir sıra yüksəkvəzifəli əməkdaşlarına da şamil edilib.
Prezidentin departament və agentlik başçıları üçün dərc etdiyi qeyddə deyilir: "Qərar verdim ki, məxfi məlumatlara giriş artıq milli maraqlara cavab vermir”.
Girişdən məhrum edilənlər siyahısına, xüsusilə keçmiş vitse-prezident Kamala Harris, dövlət katibləri Antoni Blinken və Hillari Klinton, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və başqaları daxildir.
Onların həmçinin Amerikanın mühafizə olunan obyektlərinə girişi məhdudlaşdırılıb.























































