Menu
Xəbər Lenti
ALLAH RƏHMƏT ELƏSİN!
20-03-2025, 16:23

ALLAH RƏHMƏT ELƏSİN!

Andiçməsi bu tarixdə olacaq
20-03-2025, 11:02

Andiçməsi bu tarixdə olacaq

Azərbaycana yaz gəldi
20-03-2025, 10:53

Azərbaycana yaz gəldi

22 Mart 2025 14:29Manşet / Gündəm

Praqada Novruz: Azərbaycan mədəniyyəti xarici auditoriyada

Novruz ənənələri Vətəndən uzaqda yaşayan azərbaycanlılar üçün də öz əhəmiyyətini qoruyub saxlayır. Tanınmış azərbaycanlı rəssam Heyran Mustafa-Zadə Novruz bayramı ərəfəsində Çexiyanın paytaxtı Praqada yerli auditoriya üçün Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı təqdimat keçirib.
Tədbir beyin zədələnməsi olan şəxsləri dəstəkləyən "Cerebrum" assosiasiyasında baş tutub. Bu təşkilat fərqli diaqnozlu əlillərin həyat məhdudiyyətlərini nəzərə alaraq, üzvləri və onların ailələri üçün müxtəlif mövzularda seminar və təqdimatlar təşkil edir. Novruz ərəfəsində Azərbaycan haqda təqdimatın keçirilməsi təsadüfi deyil – Heyran Mustafa-Zadə məhz bu bayramın simvolizmi və mədəni önəmini nəzərə alaraq, Azərbaycanın zəngin irsini tanıtmaq üçün bu tarixi seçib.
"Azərbaycan – naxışlarla dolu ölkə" adlı təqdimat dörd hissədən ibarət olub. Tədbir iştirakçıları Azərbaycanın tarixi və təbiəti, mədəniyyəti və incəsənəti, eləcə də kontrastlarla zəngin həyat tərzi ilə tanış olublar. Təqdimatın sonuncu hissəsi Novruz bayramına həsr edilib. Tədbirin interaktiv hissəsindən sonra isə qonaqlara Novruz şirniyyatları təqdim olunub, bu da bayramın ab-havasını daha da canlandırıb.
Heyran Mustafa-Zadə Praqada yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssamdır. O, "Heyranam" incəsənət mərkəzinin təsisçisi, eləcə də Çexiya və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Hazırda rəssam iyul ayında Praqada baş tutacaq üçüncü fərdi sərgisinə hazırlıq görür. Azərbaycan mədəniyyətini dünyaya tanıdan Heyran xanıma yeni yaradıcılıq uğurları arzulayırıq!








***
Новруз в Праге: Азербайджанская культура в зарубежной аудитории
Традиции Новруза остаются важной частью жизни азербайджанцев, даже если они находятся вдали от своей Родины. Известная азербайджанская художница Хейран Мустафа-Заде в преддверии Новруза вновь представила культуру и историю Азербайджана в Праге, столице Чехии.
Мероприятие состоялось в ассоциации "Cerebrum", которая поддерживает людей с повреждениями мозга. Эта организация, принимая во внимание жизненные ограничения людей с различными диагнозами, проводит для своих членов и их семей разнотематичные семинары и презентации. Проведение презентации об Азербайджане именно в канун Новруза было не случайным — Хейран Мустафа-Заде выбрала данную дату, чтобы подчеркнуть символизм праздника и его культурную значимость, а также представить богатое наследие Азербайджана.
Презентация, получившая название "Азербайджан — страна узоров", состояла из четырех частей. В ходе мероприятия участники познакомились с историей и природой Азербайджана, его культурой и искусством, а также с уникальной жизнью, богатой контрастами и орнаментами. Заключительная часть презентации была посвящена празднику Новруз. После интерактивной программы гостям предложили традиционные новрузские сладости, что создало неповторимую атмосферу праздника.
Хейран Мустафа-Заде — художница, живущая и работающая в Праге. Она является основателем художественного центра "Heyranam", а также активным участником выставок в Чехии и за рубежом. В настоящее время художница готовится к своей третьей персональной выставке в Праге, которая состоится в июле этого года. Мы желаем Хейран ханым, прославляющей азербайджанскую культуру во всем мире, новых творческих достижений и дальнейших успехов!
***
Novruz in Prague: Introducing Azerbaijani Culture to the Local Audience
For Azerbaijanis living far from their homeland, the traditions of Novruz continue to hold deep significance. Renowned Azerbaijani artist Heyran Mustafa-Zade recently celebrated this cherished holiday by hosting a special presentation on Azerbaijani culture and history for a local audience in Prague, the capital of the Czech Republic.
The event was held at the "Cerebrum" Association, which supports individuals with brain injuries. This organization, which takes into account the life challenges faced by people with various diagnoses, regularly organizes seminars and presentations on a wide range of topics for its members and their families. The timing of the presentation, coinciding with the Novruz celebrations, was no coincidence. Heyran Mustafa-Zade specifically chose this date to highlight the symbolic significance of the holiday and to introduce the rich cultural heritage of Azerbaijan.
Titled "Azerbaijan – A Country Full of Patterns," the presentation was structured into four sections. Attendees were given a thorough introduction to Azerbaijan’s history and natural beauty, its vibrant culture and arts, as well as the contrasts that define its way of life. The final segment of the presentation was dedicated to the Novruz holiday itself. Following the interactive part of the event, guests were treated to traditional Novruz sweets, which further enhanced the festive atmosphere.
Heyran Mustafa-Zade is an Azerbaijani artist living and working in Prague. She is the founder of the "Heyranam" Art Center and actively participates in exhibitions across the Czech Republic and beyond. Currently, the artist is preparing for her third solo exhibition in
Prague, scheduled for July. We extend our best wishes to Heyran for her continued creative success as she continues to share Azerbaijani culture with the world.