Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
Martın 21-də BMT-nin Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyası çərçivəsində Azərbaycanın təklifi əsasında "Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadınların və uşaqların azadlığa buraxılması” adlı qətnamə qəbul olunub.
Qaynarinfo xəbər verir ki, sənəd BMT-nin elektron bazasına yerləşdirilib.
1994-cü ildən başlayaraq iki ildən bir gündəmə gətirilən bu sənəd silahlı qarşıdurmalar zamanı qadın və uşaqların vəziyyətinə xüsusi önəm verir və girovluq məsələsini vurğulayır. Qətnamədə bu cür hərəkətlərin qanuna zidd və əsassız olduğu qəti şəkildə qeyd edilir.
Sənəd münaqişə zonalarında beynəlxalq humanitar hüququn pozulması ilə mülki şəxslərə qarşı yönəlmiş hər cür zorakılığı qınayır, buna qarşı səmərəli addımların atılmasını və xüsusilə girovluqda olan qadın və uşaqların tez bir zamanda azad edilməsini tələb edir.
Bundan başqa, qətnamə münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görməyə dəvət edir.
Eyni zamanda, dövlətlərə girovluqdakı qadın və uşaqların yerini və taleyini öyrənmək üçün təcili tədbirlər həyata keçirmək tapşırığı verilir. Sənəddə məsuliyyətin gücləndirilməsinin vacibliyi vurğulanır və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətlərdə təqsirli şəxslərin müəyyənləşdirilməsi, təqib olunması və cəzalandırılması üçün dövlətlərin üzərinə düşən vəzifələr xatırladılır.
Qətnamənin əsas məqsədlərindən biri beynəlxalq əməkdaşlığın genişləndirilməsi, girovların təhlükəsizliyinin və insan ləyaqətinin qorunması, onların azadlığa çıxarılması, reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası üçün mexanizmlərin təkmilləşdirilməsidir.
BMT-nin Baş katibi Antoniu Quterriş Qadınların Statusu Komissiyasının 71-ci sessiyasında bu qətnamənin icrasına dair ətraflı hesabat təqdim edəcək.






















































