Xəbər Lenti
Bugün, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
Bugün, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
15 Fevral 2023 16:34Cəmiyyət
İslam ölkələrində qadınların cəmiyyət həyatında fəal iştirakı məsələləri müzakirə olunub
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qadın Nazirlər Konfransı yanında Qadın Məşvərət Şurasının 8-ci iclasında İslam ölkələrində qadınların cəmiyyət həyatında fəal iştirakı məsələləri müzakirə olunub.
Təşkilatın Baş katibliyində AZƏRTAC-a bildiriblər ki, şuranın rəhbəri Nailə Cəbrin sədrliyi ilə keçirilən iclasın iştirakçıları Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıblar.
Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Maya Mursi iclasdakı çıxışında bildirib ki, İslam dünyasında qadın hüquqlarının qorunması, zərif cinsin nümayəndələrinin dövlət və hökumət strukturlarında daha çox təmsil olunması, onların məşğulluq və məişət problemlərinin həlli istiqamətində təşkilata üzv ölkələrin hökumətləri ilə bir sıra birgə layihələr həyata keçiriləcək. Bununla yanaşı, silahlı münaqişə zonalarında qadın və uşaqların qarşılaşdığı ağır problemlərin həlli də gündəlikdə olan ən aktual məsələlərdən biridir.
İƏT Baş katibliyinin mədəniyyət, sosial və ailə məsələləri üzrə baş direktoru Əminə Əl-Həcri çıxışında bildirib ki, təşkilat Qadın Məşvərət Şurasının fəaliyyətini dəstəkləyir və yeni proqram və layihələrin həyata keçirilməsində üzv ölkələrin hökumətləri ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.
İclasda üç coğrafi qrupda, xüsusən Fələstin, Əfqanıstan, Afrikanın Sahil regionu və Çad gölü ölkələrində qadınların vəziyyəti müzakirə edilib, üzv dövlətlərdə qadınların üzləşdiyi problemlərin həlli ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Afrika qrupundan Qadın Məşvərət Şurasının sədr müavini təyin edilib və Pakistan İslam Respublikasının ev sahibliyi edəcəyi İƏT-in Qadın Nazirlər Konfransının 9-cu sessiyası zamanı təqdim olunacaq təşkilatın təsis etdiyi qadınların nailiyyətlərinə görə mükafatın üçüncü nəşri təsdiq edilib.