Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Biz bütün dünyaya yaxşılıq edirik”
ABŞ dövlət katibi Marko Rubio Yəməndə husilərə qarşı zərbələr endirməklə bütün dünyaya yaxşılıq etdiklərini iddia edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rubio “CBS News” kanalının “Face the Nation” proqramına verdiyi müsahibədə aktual mövzularla bağlı açıqlamalar verib.
O, Yəməndəki husilərin son 18 ayda ABŞ Hərbi Dəniz Qüvvələrinə 174, ticarət gəmilərinə isə 145 dəfə hücum etdiyini bildirib.
“Husilərin gəmilərə nəzarət etmələrinə icazə verməyəcəyik. Biz onları dəf edərək dünyaya yaxşılıq edirik”, - deyə, Rubio əlavə edib.























































