Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Kosmosun yaşlı qəhrəmanları: 50 illik zondlar söndürülür
NASA təxminən 50 ildir kosmosda səyahət edən "Voyager" zondlarının enerji ehtiyatlarını qorumaq məqsədilə bəzi elmi cihazlarını deaktiv etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, yarım əsr əvvəl buraxılan "Voyager 1" və "Voyager 2" kosmik aparatları inanılmaz bir uğurla ulduzlararası fəzada yolçuluqlarını davam etdirir. Lakin bu qədər uzun müddətli missiya çətinliklərsiz ötüşə bilməz. NASA-nın son açıqlamasına görə, getdikcə azalan enerji ehtiyatlarına baxmayaraq, "Voyager"lərin fəaliyyətini mümkün qədər uzun müddət davam etdirmək üçün bəzi sistemlər sıradan çıxarılır.
Missiyanı uzatmaq üçün cihazlar söndürülür
NASA-nın Reaktiv İtiş Laboratoriyası (JPL) fevralın 25-də "Voyager 1"in kosmik şüa alt sistemini deaktiv edib. Martın 25-də isə "Voyager 2"nin aşağı enerjili yüklü hissəcik cihazı söndürüləcək.
JPL-in "Voyager" layihəsinin rəhbəri Syuzan Dodd bu barədə bildirib: "Voyager"lər buraxıldıqları gündən bəri dərin kosmosun əsl ulduzları olub. Biz də bu uğuru mümkün qədər uzun müddət qorumaq istəyirik. Lakin elektrik enerjimiz tükənir. Əgər bəzi cihazları söndürməsək, yaxın bir neçə ayda missiyaların sonlandığını elan etməli olacağıq".
Hazırda hər iki kosmik aparat üç elmi cihazla fəaliyyət göstərir, lakin ümumilikdə yeddi cihaz artıq deaktiv edilib. Keçən il NASA "Voyager 2"nin plazma elmi cihazını söndürmüşdü.
Hər iki "Voyager" indiyə qədər qarşılaşdıqları texniki problemlərin öhdəsindən gələ bilib. Lakin getdikcə daha uzaqlaşan bu kosmik öncüllərin bir gün həll olunmaz bir problemlə üzləşməsi ehtimalı böyükdür.
"Voyager"lər hələ də bəşəriyyət üçün dəyərli məlumatlar toplayır
Buna baxmayaraq, "Voyager"lər NASA və ümumilikdə kosmik tədqiqatlar üçün əvəzolunmaz dəyərə malikdir. JPL-də çalışan "Voyager" layihəsinin elmi rəhbəri Linda Spilker bu barədə belə deyir: "Voyager"lər hər gün daha əvvəl heç bir kosmik aparatın getmədiyi bölgələri kəşf edir. Bu, hər günün onların son günü ola biləcəyi mənasına gəlsə də, eyni zamanda, hər gün yeni bir ulduzlararası sirrin açıldığı anlamına gəlir".
NASA komandası "Voyager 1" və "Voyager 2"nin mümkün olan ən uzun müddət boyunca fəaliyyət göstərməsini təmin etmək üçün bütün imkanlarını səfərbər edir. Kosmosun bu yaşlı qəhrəmanları, bəşəriyyətin kainatı daha yaxşı anlaması üçün səyahətlərinə davam edirlər.
Aydın























































