Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Mərhəmət Çırağı” jurnalı və “Mərhəmət.TV”-nin baş direktoru,AYB-nin və AJB-nin üzvü Gülnara Həmidova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi
"Mərhəmət Çırağı" jurnalının və "Mərhəmət.TV"-nin baş direktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Gülnara Həmidova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib.
O, qadınların cəmiyyətin inkişafındakı əvəzsiz rolunu vurğulayaraq, onların ailədə, ictimai həyatda, elmdə, mədəniyyətdə və digər sahələrdə mühüm mövqe tutduqlarını bildirib. Qeyd edib ki, Azərbaycan qadını daim öz zəkası, mərhəməti, fədakarlığı və əzmkarlığı ilə seçilib. Tarixin bütün mərhələlərində Azərbaycan xanımları yalnız ailənin dayağı kimi deyil, həm də dövlətin və millətin rifahı üçün çalışan güc kimi tanınıblar.
Gülnara Həmidova - Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qadınların hüquqlarının qorunması, onların sosial, iqtisadi və ictimai həyatda fəallığının artırılması istiqamətində həyata keçirdikləri mühüm işləri yüksək qiymətləndirib.
O, xüsusilə şəhid analarına, həyat yoldaşlarına və qızlarına ehtiramını ifadə edərək, onların göstərdiyi səbrin və qəhrəmanlığın unudulmaz olduğunu qeyd edib. Vətən müharibəsi zamanı Azərbaycan qadınlarının göstərdiyi dəyanət və fədakarlıq hər birimiz üçün örnəkdir.
Mətbuat və ədəbiyyat sahəsində çalışan qadınların da Azərbaycan mədəniyyətinin və ictimai fikrinin inkişafına böyük töhfələr verdiyini vurğulayan Gülnara Həmidova, bu sahədə çalışan bütün xanımlara uğurlar arzulayıb. O, qadın jurnalistlərin və yazıçıların cəmiyyətə mühüm təsir göstərdiyini, onların qələmə aldıqları mövzuların insanları maarifləndirdiyini və milli dəyərləri təbliğ etdiyini qeyd edib.
Gülnara Həmidova bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara sağlamlıq, ailə səadəti, işlərində uğurlar və xoşbəxtlik arzulayıb. Qeyd edib ki, qadınların zərifliyi, mərhəməti və gücü cəmiyyətin əsas dayağıdır və onların fədakar əməyi həmişə yüksək qiymətləndirilməlidir.
Bayramınız mübarək, əziz Azərbaycan xanımları!






















































