Xəbər Lenti
Bugün, 10:51
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
27-07-2026, 18:20
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
27-07-2026, 17:30
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
27-07-2026, 14:17
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
24-07-2026, 16:55
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
24-07-2026, 12:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
24-07-2026, 11:03
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Cennifer Lopez Ben Afflekin ona xəyanət etdiyini düşünür
Müğənni və aktrisa Cennifer Lopez keçmiş əri Ben Afflekin ona xəyanət etdiyini düşünür.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Ulduzlara yaxın bir mənbə bildirib ki, Cennifer Lopez keçmiş həyat yoldaşı Cennifer Qarneri qucaqlayan Ben Afflekin son fotolarını görüb. Mənbənin sözlərinə görə, müğənni aktyorları yalnız dostluq münasibətləri ilə bağladığından şübhələnməyə başlayıb.
"O, özünü xəyanətə uğramış hiss edir. Çünki Benin çətinliklərində ona dəstək olmaq üçün çox vaxt sərf edib və onların evliliyi pozulduğu zaman çətin bir il keçirib. Onun Qarnerlə daha çox vaxt keçirməyə başlaması Lopezin arxasınca münasibət qurduğuna dair qorxularını daha da artırdı", deyə mənbə bildirib.
Martın 2-də paparassilər Ben Afflek və Cennifer Qarneri Combat Paintball Parkında uşaqları ilə peyntbol oynayarkən yaxalayıb. Fotoqraflar aktyorun 2005-2018-ci illərdə evli olduğu keçmiş həyat yoldaşına qarşı hisslərini əks etdirərkən lentə alıblar. Afflek Qarneri qucaqlayıb və ona yaxınlaşıb. Lakin sənətçi keçmiş ərinin hərəkətlərinə heç bir reaksiya verməyib.
20 avqust 2024-cü ildə media Cennifer Lopezin Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib. Sənətçi sənədlərini vəkilsiz Los-Anceles Ali Məhkəməsinə təqdim edib. Hollivud aktyorundan ayrılıq tarixi 26 apreldir.
Aydın























































