Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
12-07-2026, 11:21

Faktiki hava açıqlandı

Bu gün imtahan var
12-07-2026, 11:18

Bu gün imtahan var

Savaşdan qələbəyə
11-07-2026, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

03 Mart 2025 08:08Manşet / İqtisadiyyat

Sənədsiz evlər məsələsi yenidən gündəmə gətirilir

 

“Özbaşına tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı normativ bazanın hazırlanması vacibdir”.

“Qafqazinfo” xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Bildirilib ki, mənzil hüququnun təmini istiqamətində atılacaq mühüm addımlardan biri də sənədsiz yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlıdır. Çoxmərtəbəli binalarda yerləşən mənzillərin sənədləşdirilməsi üçün hüquqi baza olsa da, özbaşına tikilmiş fərdi yaşayış evlərinin rəsmiləşdirilməsi mexanizmi hələ də mövcud deyil. Bu isə həmin tikililərdə yaşayan şəxslərin mənzillərindən istifadə və sərəncam hüququnu, habelə digər əlaqəli hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır.

Nuranə Daxilqızı