Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Azərbaycanda Aliment Fondu yaradıla bilər
Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər çoxluq təşkil edib. Bir çox hallarda borclu barədə tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər aşkar edilmədiyindən və tələb könüllü icra olunmadığından məhkəmə qərarlarının icrasında çətinliklər yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, bu, borclu şəxslərin məşğulluğunun təmin olunması məsələsində icbari yanaşmanın tətbiqini aktullaşdırır. Alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir.
“Qeyd olunanlarla bağlı bir sıra hallarda zəruri tədbirlərin görülməsi təmin edilsə də, ümumilikdə bu kimi məsələlər xüsusi narahatlıq doğurmaqdadır. Ombudsmanın əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlamaqdadır. Xüsusilə də, son vaxtlar millət vəkilləri və bir sıra dövlət qurumları tərəfindən Ombudsmanın bu təklifinin dəstəklənməsi Aliment Fondunun yaradılmasının əhəmiyyətini bir daha önə çəkir”.
Nuranə Daxilqızı























































