Xəbər Lenti
Dünən, 19:30
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
Dünən, 18:30
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Dünən, 18:09
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Dünən, 18:00
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Dünən, 15:02
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Dünən, 12:50
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Dünən, 12:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 23:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 23:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
25-06-2026, 22:47
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
Tramp təzyiq edir, ukraynalılar Zelenskiyə sahib çıxır - "Bloomberg"
ABŞ prezidenti Donald Trampın administrasiyası Volodimir Zelenskiyə Ukraynaya yardım göstərmək üçün maneə kimi baxdığını açıqlayıb, lakin ukraynalıların paradoksal müqaviməti ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, "Bloomberg"in məlumatına görə, ABŞ-ın Zelenskiyə qarşı siyasi hücumları cümə günü Ağ Evdə baş verən atışmadan sonra güclənib. Həmin vaxt Tramp və vitse-prezident Cey Di Vens Zelenskinin sözlərini hörmətsizlik adlandırıb və Moskvanın təcavüzü deyil, onun barışmazlığının Rusiya ilə atəşkəsə maneə olduğunu irəli sürüblər.
"Tramp və Vens üçün paradoks ondan ibarətdir ki, onlar Zelenskiyə nə qədər çox təzyiq etsələr, bir o qədər ukraynalılar öz prezidentinin tərəfindədirlər. Bu, Oval kabinetdəki fiaskodan dərhal sonra Kiyev küçələrində özünü göstərən dinamikadır", deyə nəşr yazır.
"Tramp hamımızı alçaltmaq istəyirdi... Zelenskiyə səs verməməyimə baxmayaraq, bu tamaşadan sonra prezidentə şəxsi dəstəyim artdı”, deyə 52 yaşlı fotoqraf Vladislav Musienko bildirib.
Ukrayna Silahlı Qüvvələrinin rəhbəri general Aleksandr Sırski də prezidenti dəstəklədiyini bildirib və bəyan edib ki, hərbçilər Ali Baş Komandanla birlikdədir.
"Bloomberg" qeyd edir ki, başqa bir sual insanların belə gərgin vəziyyətdə nə qədər bir yerdə qalacağıdır.
Cəbhədə stabilləşmə olsa da, canlı qüvvə və silah baxımından rusların üstünlüyü var. Nəşrin mənbələrinə görə, ruslar informasiya sferasına da təzyiqləri artırır, hərbi dairələrdə, ordu ilə cəmiyyət arasında, Ukrayna və onun tərəfdaşları arasında parçalanma yaradır.
Eyni zamanda, mümkün sülh sazişini bir çox ukraynalılar üçün qəbul etmək çətin olacaq və bu, hakimiyyətdə olan şəxs üçün potensial olaraq siyasi baxımdan təhlükə yaradacaq.
"İctimai əhval-ruhiyyə onu deməyə əsas verir ki, hətta prezidentin dəyişməsi də Trampa və onun Rusiya ilə münasibətlərin sürətlə normallaşması planlarına daha rəğbət bəsləyən liderin meydana çıxması ilə nəticələnməyəcək”, deyə nəşr qeyd edir.
Beləliklə, rəy sorğusuna əsasən, ukraynalıların təqribən 83%-i atəşkəsə yalnız təhlükəsizlik zəmanəti verildiyi təqdirdə razılaşacaqlarını bildiriblər. Yalnız 2% heç bir şərt olmadan atəşkəsə razıdır.
Aydın






















































