Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Qarabağa səfər üçün portaldan icazə ləğv olunur?
"Yolumuzqarabaga.az" portalı üzərindən icazə alaraq işğaldan azad olunan ərazilərə 2 gün səfər müddəti şəxsi minik avtomobili ilə edilən səfərlərə aiddir.
Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, hazırda da bu səfərlər sözügedən portal üzərindən həyata keçirilir:
"Avtobuslarla ziyarət xarakterli səfərlər zamanı vətəndaşlar eyni gündə yola düşdüyü avtobuslarla geri qayıtmalı olurdular. Ancaq indi - müntəzəm reyslər vasitəsilə səfər edənlər isə icazələri müddətində həmin ərazidə qala bilərlər.
İşğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımız martın 1-dən müntəzəm reyslər üzrə biletləri yalnız "Biletim.az" portalı üzərindən əldə edə biləcəklər. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir".
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, "Yolumuzqarabaga.az" portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edildiyi elan olunub. /Axar.az























































