Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Azərbaycanın Milli Qəhrəmanı şəhid Tahir Həsənovun 55 illik Yubileyi keçirildi.
Xezertv.infoxəbər verir ki, 20.02.2025-ci il tarixdə hərbi müəllim, qazi kapitan Qalib Paşayevin təşkilatçılığı ilə 23 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Tahir Həsənovun 55 illik yubileyinə həsr edilmiş hərbi idman oyunları üzrə şagirdlər arasında yarış keçirildi. Tədbirdə Şəhidin anası Qalibə Budaqova, Azərbaycan Milli Qəhrəmanı Yuri Kovalyovun qardaşı Vitaliy Kovalyov, kürəkəni qazi Denis Quzlayev, Azərbaycanın Milli Qəhrəmanı şəhid kapitan Mehdi Abbasovun qardaşı, müharibə veteranı Nəbi Abbasov, müharibə veteranı Faiq Şabanov, Faxrəddin, müharibə veteranı Taleh Kərimov, "Azərbaycan bayrağı" ordenli, AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini polkovnik Elmar Hüseynov, məktəbin direktoru Nigar Hənifəyeva, məktəbin müəllim-şagird kollektivi iştirak etdilər. Yarış iştirakçıları qonaqları fəxri düzülüş ilə qarşıladılar. Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra məktəblilərin hərbi idman yarışına start verildi. Bir neçə maraqlı və gərgin etap üzrə 8-ci siniflərin 6 komandası yarışdılar. Şagirdlərin hərbi idman oyunlarına xüsusi marağı tamaşaçıların rəğbətini səbəb oldu. Yarışın sonunda qaliblərə xüsusi Təşəkkürnamələr təqdim edildi. Qonaqlar Azərbaycanın Milli Qəhrəmanı şəhid Tahir Həsənovun muzeyində oldular, xatirə fotoları çəkildi.
Fərid Faiqoğlu




































































