Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı
Azərbaycanda yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş müvafiq Qanunla 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.
Ədliyyə Nazirliyi fəaliyyət istiqamətləri çərçivəsində bələdiyyələrin işinin təşkilinə kömək edir, onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir.
Bu istiqamətdə nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanıb.
Tövsiyədə bələdiyyələrin tərkibinin formalaşdırılması, ilk iclasının keçirilməsi, iclaslarda müzakirə edilən məsələlər, eləcə də bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim olunması və s. məsələlər öz əksini tapıb.
“Bələdiyyələrlə iş” informasiya sisteminə daxil olaraq tövsiyə ilə tanış olmaq mümkündür.






















































