Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Bakıda APA-nın 15-ci plenar sessiyası başlayıb - Fotolar+Yenilənib
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.
Qeyd edək ki, artıq İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Özbəkistan Respublikası Ali Məclis Senatının sədri Tənzilə Narbayeva, Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lunqten Dorci, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani və Tacikistan Respublikası Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.
Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib. Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.
Təəssüf ki, bu gün dünya daha da parçalanmış və daha az dinc hala gəlib. Milli Məclisin sədri kimi mən bu fürsətdən istifadə edib öz ölkəmin fikirlərini sizinlə bölüşmək istərdim. Beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistanın işğalı altında olan Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə, qətnamələrinə və qərarlarına baxmayaraq, bugünkü sistemin səmərəsizliyinin qurbanlarından birinə çevrilmişdi. Ölkəmiz bütün beynəlxalq norma və qətnamələri təkbaşına yerinə yetirib, öz ərazilərini azad edib, suverenliyini bərpa edib. Biz bu məsələnin aktuallığına yaxşı bələdik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyanın indi ehtiyacı olan əsas məsələ beynəlxalq öhdəliklərə tam əməl olunmasıdır. Aydındır ki, dünyada sülhə nail olmağın yolu çoxtərəfli sistemi inkişaf etdirməkdir”.
***
Tədbirdə APA-nın Baş katibi Mohammad Reza Majidi də çıxış edib: “Azərbaycanın sədrliyi ilə biz belə hiss edirik ki, təşkilatımız olaraq qarşımızda duran məqsədlərə nail olacağıq. Azərbaycan keçən il sədrliyi öz üzərinə götürdü və təşkilatımız bütün iclaslarını uğurla təşkil edə bilir. Bütün təşkilatın uğuru əməkdaşlıq və əlaqələrin güclənməsindən keçir. Mən Azərbaycan Milli Məclisinə təşəkkür edirəm ki, onlar çoxtərəfli münasibətlərin Asiyada inkişafını əsas prioritet kimi seçib. Asiya ölkələri bu sahədə çox böyük nüfuza malikdir, eyni zamanda beynəlxalq məsələlərin həll olunmasında da rol oynayırlar. Qəzza sektorunda hazırda humanitar faciə baş verir. İndiki atəşkəs nəticəsində bizdə az da olsa, inam var ki, cinayətlər daha baş verməyəcək. APA çox vacib parlament platforması kimi Fələstin xalqına dəstək olmaqla bağlı qərar qəbul edib və Fələstin məsələsi gündəliyimizin mərkəzində dayanacaq”.
Nuranə Daxilqızı



























































