Xəbər Lenti
Dünən, 14:58
Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
12-12-2025, 17:23
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
12-12-2025, 11:42
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
12-12-2025, 11:24
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
12-12-2025, 10:25
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
12-12-2025, 09:12
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12-12-2025, 08:55
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
11-12-2025, 21:08
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
11-12-2025, 20:28
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
11-12-2025, 20:28
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
11-12-2025, 20:27
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
11-12-2025, 20:27
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
11-12-2025, 20:27
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
11-12-2025, 18:43
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
11-12-2025, 11:20
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Repetitorluq ləğv edilə bilərmi? (ŞƏRH)
"Repetitorluğun mərhələli şəkildə ləğv edilməsi ilə bağlı təkliflər təhsil sisteminin strukturunda ciddi dəyişikliklərə səbəb ola bilər. Repetitorluq, xüsusilə ali məktəblərə qəbul imtahanlarına hazırlıq prosesində geniş yayılmış bir fenomen olmaqla, bir çox şagird və valideynlər üçün alternativ dəstək mexanizmi rolunu oynayır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov repetitorluğun ləğvi ilə bağlı müzakirələri şərh edərkən deyib.
Onun sözlərinə görə, bu təklifin həyata keçirilməsi üçün məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim hazırlığının gücləndirilməsi və kurikulumun daha effektiv şəkildə tətbiq edilməsi vacibdir:
"Azərbaycanda ümumtəhsil məktəblərində tədrisin keyfiyyəti müxtəlif amillərdən asılıdır. Son illərdə təhsil sistemində bir sıra islahatlar həyata keçirilsə də, bəzi sahələrdə hələ də çatışmazlıqlar mövcuddur. Mövcud reallıq göstərir ki, repetitorluq bir çox hallarda məktəblərdə təhsilin kifayət qədər effektiv olmaması səbəbindən meydana çıxır. Müəllimlərin peşəkarlıq səviyyəsi, tədris proqramlarının müasir tələblərə uyğunluğu və məktəblərin maddi-texniki bazası kimi amillər təhsilin keyfiyyətinə birbaşa təsir göstərir”.
Ekspert bildirib ki, repetitorluğun tamamilə ləğv edilməsi üçün məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi vacibdir:
"Bəzi məktəblərdə dərslərin keyfiyyəti, müəllimlərin hazırlığı və kurikulumun effektiv tətbiqi tələb olunan səviyyədə olmadığından şagirdlər məcburən repetitor yanına getməyə ehtiyac duyurlar. Bunun qarşısını almaq üçün müəllimlərin peşəkarlıq səviyyəsi artırılmalı, məktəblərdə əlavə hazırlıq dərsləri təşkil edilməli və dərsliklər müasir təhsil tələblərinə uyğun yenilənməlidir. Repetitorluğun tamamilə ləğvi yalnız məktəblərdəki təhsil keyfiyyəti kifayət qədər yüksəldildikdən sonra mümkün ola bilər. Dünya təcrübəsinə nəzər saldıqda inkişaf etmiş ölkələrdə repetitorluğun geniş yayılmadığını görmək mümkündür. Finlandiya və Sinqapur kimi ölkələrdə məktəblərdə tədrisin keyfiyyəti o qədər yüksəkdir ki, şagirdlər əlavə hazırlığa ehtiyac duymurlar. Finlandiya təhsil sistemində repetitorluğun demək olar ki, mövcud olmamasının əsas səbəbi məktəblərdə fərdi yanaşma və yüksək səviyyəli müəllim hazırlığıdır. Orta məktəb müəllimləri ciddi seçim prosesindən keçərək işə qəbul olunur və onların mütəmadi olaraq ixtisasartırma proqramlarında iştirak etmələri təmin edilir. Bunun nəticəsində məktəbdə tədris kifayət qədər yüksək səviyyədə olur və şagirdlər əlavə hazırlıq keçmədən ali təhsil müəssisələrinə daxil ola bilirlər".

Kamran Əsədov Sinqapur modelinin yüksək nəticələri ilə seçildiyini əlavə edib:
"Bu ölkədə şagirdlərin məktəbdə aldıqları təhsil qəbul imtahanlarında uğurlu nəticələr göstərmələri üçün kifayət edir. Sinqapurda məktəb müəllimlərinin əmək haqları yüksəkdir və təhsildə keyfiyyət göstəricilərinə ciddi nəzarət edilir. Müəllimlər şagirdlərin fərdi ehtiyaclarına uyğun dərs planları tərtib edir və onların bilik səviyyəsinə uyğun yanaşma tətbiq edirlər. Bu yanaşma repetitorluğa olan ehtiyacı aradan qaldırır. Böyük Britaniya və Almaniya kimi ölkələrdə də məktəblərdə dərslərin səviyyəsi kifayət qədər yüksəkdir və şagirdlərin repetitor xidmətlərinə müraciət etməsinə ehtiyac qalmır. Böyük Britaniyada məktəblər şagirdlərin akademik nailiyyətlərinə xüsusi diqqət yetirir və müəllimlər fərdi yanaşma tətbiq edirlər. Almaniya təhsil sistemində isə "Gymnasium” adlı orta təhsil pilləsi ali məktəbə hazırlaşan şagirdlər üçün nəzərdə tutulub və bu sistemdə təhsil alan şagirdlər əlavə hazırlığa ehtiyac duymadan ali təhsil müəssisələrinə qəbul oluna bilirlər"
Kamran Əsədov qeyd edib ki, Azərbaycanda repetitorluğun mərhələli şəkildə ləğv edilməsi üçün məktəblərdə keyfiyyətin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir:
"Birincisi, müəllimlərin peşəkarlıq səviyyəsi artırılmalı və onların motivasiyası yüksəldilməlidir. Müəllimlərin əmək haqları artırılmalı, onların ixtisasartırma kurslarında iştirakı məcburi olmalı və dərs metodikası yenilənməlidir. İkincisi, məktəblərdə əlavə dərs saatları təşkil edilməli və bu dərslər şagirdlərin qəbul imtahanlarına hazırlıq səviyyəsini yüksəltməyə yönəldilməlidir. Üçüncüsü, kurikulum və dərsliklər müasir tələblərə uyğunlaşdırılmalı, daha praktik və anlaşılan materiallar hazırlanmalıdır. Repetitorluğun mərhələli şəkildə ləğvi məktəb təhsilinin gücləndirilməsi ilə paralel aparılmalıdır. Əgər məktəblərdə dərslərin keyfiyyəti artırılmadan repetitorluq qadağan edilərsə, bu, şagirdlərin ali məktəbə qəbul şanslarını azalda bilər. Ona görə də bu proses tədricən həyata keçirilməli və məktəblərin təhsil səviyyəsi repetitor xidmətlərinin yerini doldura biləcək səviyyəyə çatdırılmalıdır”.
Kamran Əsədov vurğulayıb ki, təhsil qanunvericiliyində repetitorluğun rolu ilə bağlı konkret məhdudiyyətlər yoxdur:
"Təhsil haqqında” qanunda repetitor fəaliyyətinə qarşı hər hansı qadağa nəzərdə tutulmayıb. Lakin repetitorluğun məktəblərdə təhsil sisteminin zəif tərəflərini kompensasiya edən qeyri-rəsmi institut olduğu nəzərə alınarsa, bu sahənin tənzimlənməsi və məktəb təhsilinin repetitorluğa alternativ ola biləcək səviyyəyə qaldırılması vacibdir. Məktəblərdə təhsilin keyfiyyətini artırmaq üçün həm dövlət, həm də valideynlər bu prosesdə fəal iştirak etməlidirlər. Valideynlərin məktəb təhsilinə inamı artırılmalı və onların məktəblərdə tədrisin yaxşılaşdırılmasına dair təklifləri nəzərə alınmalıdır. Müəllimlər üçün müasir tədris metodlarının tətbiqi genişləndirilməli, məktəblərdə interaktiv və innovativ yanaşmaların tətbiqi artırılmalıdır”.
Kamran Əsədov bildirib ki, repetitorluğun mərhələli şəkildə ləğv edilməsi ideyası yalnız məktəblərdə təhsil keyfiyyətinin artırılması ilə paralel şəkildə həyata keçirildiyi halda uğurlu ola bilər:
"Əgər məktəb təhsili repetitor hazırlığının yerini tam doldura biləcək səviyyəyə çatdırılarsa repetitorluğa ehtiyac avtomatik olaraq azalacaq. Bunun üçün məktəblərdə müəllim hazırlığı gücləndirilməli, dərs metodikası yenilənməli və şagirdlərin təhsil alması üçün əlavə dəstək mexanizmləri yaradılmalıdır. Əgər bu tədbirlər həyata keçirilərsə, repetitorluq təbii şəkildə azalar və təhsil sistemi daha güclü və dayanıqlı hala gələr”.
Bahar Rüstəmli























































