Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
İƏT-in Əmək Mərkəzi və Konfederasiya arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri ilə görüş olub.
Konfederasiya sədri Sahib Məmmədov qurumun fəaliyyəti, həyata keçirilən islahatlar barədə məlumat verib, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işləri, xüsusilə son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, mütərəqqi təcrübənin tətbiqi ilə həmkarlar ittifaqlarının fəaliyyəti təkmilləşdirilir, eləcə də üzvlərə yollayışların verilməsi proseduru sadələşdirilib.
Konfederasiya sədri İƏT-in Əmək Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini, eyni zamanda görüşdə aparılan müzakirələrin əlaqələrə, birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib.
İƏT-in Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov Mərkəzin fəaliyyətindən və Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb, əmək, məşğulluq, insan kapitalının inkişafı və sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində əlaqələrin önəmini vurğulayıb.
Tərəflər əməkdaşlığın istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Sonra İƏT Əmək Mərkəzinin nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, yollayışların verilməsi prosesində tətbiq olunan yenilikləri yüksək qiymətləndiriblər.



























































