Xəbər Lenti
Dünən, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
27-09-2026, 15:36
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
26-09-2026, 21:48
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
26-09-2026, 21:43
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
26-09-2026, 21:36
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
26-09-2026, 21:19
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
26-09-2026, 21:01
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
26-09-2026, 20:56
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
26-09-2026, 19:43
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
26-09-2026, 19:22
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
26-09-2026, 16:54
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
26-09-2026, 15:11
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
"Bu addım tezliklə sülh müqaviləsinin imzalanacağını göstərir" - Politoloq
"Bu addım Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağının göstəricisi sayıla bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə tezliklə Ankara ilə İrəvan arasında münasibətlərdə müsbət nəticənin olacağı barədə Ermənistan baş naziri Nikol Paşinyanın fikirlərini şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanla Türkiyənin mövqeləri bəllidir. Onlar öz siyasətlərini uyğunlaşdırır:
"Bu özünü xüsusən də Ermənistan istiqamətində göstərir. Hansısa bir tərəf Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxın zamanlarda tənzimlənəcəyini deyirsə, deməli ondan əvvəl Bakı ilə İrəvan arasındakı münasibətlər tənzimlənəcək. Ona görə sözügedən açıqlamanı da tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı kimi dəyərləndirmək olar. Belə ki, Türkiyə tərəfi Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamadığı dövr ərzində İrəvanla diplomatik münasibətlər qurmayacağını dəfələrlə bəyan edib. Görünən odur ki, Ankara bu vədinə də hər zaman əməl edir".

Politoloq bildirib ki, Ermənistan Bakı ilə sülh razılığına gəlmədən Türkiyə ilə əlaqələrdə müsbət irəliləyiş olmayacağını anlayır:
"Türkiyə ilə əlaqələrin qurulması Ermənistan üçün Qərbə çıxış baxımından olduqca vacib qapıdır. Bu mənada Türkiyə ilə ölkəsi arasında əlaqələrdə tezliklə nəticənin əldə ediləcəyilə bağlı Paşinyanın verdiyi açıqlama Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının yaxınlaşdığının da göstəricisi sayıla bilər".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son çıxışı zamanı İrəvanla Ankara arasında aktiv dialoqun aparıldığını bildirib. "Türkiyə ilə dialoqu davam etdirəcəyik və davam etdiririk. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar. Əslində, Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz davamlı təmasdayıq. Tezliklə nəticə əldə olunacaq", deyə Paşinyan vurğulayıb.
Rüfət Sultan























































