Xəbər Lenti
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
20-07-2026, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
20-07-2026, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
20-07-2026, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Yanukoviçin oğlunun şirkəti Ukraynadan oğurlanmış kömürdən milyardlar qazanır - Rusiya KİV
Keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin oğlu ilə əlaqəli şirkət son iki il ərzində Ukraynanın işğal olunmuş ərazilərindən yarım milyon ton kömür ixrac edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "Vajnıye istorii” nəşrinin araşdırmasında bildirilir.
Jurnalistlər 2023 və 2024-cü illərdə Rusiyadan təxminən yarım milyon ton kömür ixrac edən Enerqoresurs adlı şirkəti aşkar ediblər. Bu şirkətə kömür tədarük edən müəssisələr Ukraynanın işğal olunmuş ərazilərində yerləşir. Onların arasında Ticarət evi "Don kömürləri", RTK "Vostokuqol", "Komsomoleç Donbasa” şaxtası, Jdanovskaya və İmpeks-Don var.
Enerqoresursun rəsmi sahibi Aleksey İvanov kimi göstərilir. Nəşrin iddiasına görə, o, ən azı 2016-cı ildən etibarən Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç ilə bağlı müxtəlif hüquq şirkətlərində çalışıb.
Şirkətin direktoru Pavel Zemlyakov da Yanukoviçin strukturları ilə əlaqəli ola bilər. Telefon kitabçalarında onun adı "Pavel DRFÇ" kimi qeyd olunub.
DRFÇ və ya Donetsk Hesablama-Maliyyə Mərkəzi bir neçə zənginləşdirmə fabrikindən ibarət qrupa aiddir. Forbes Ukraine 2012-ci ildə bu müəssisələrin mülkiyyətini Aleksandr Yanukoviçə aid edib.
Enerqoresursun illik hesabatına əsasən, 2023-cü ildə şirkət Sl holdings limited şirkətindən illik cəmi 1% faiz dərəcəsi ilə 7 milyon dollar kredit alıb.
Eyni adlı şirkət Kiprdə qeydiyyatdan keçib və əvvəllər Yanukoviçin Mako holdinqinin keçmiş baş direktoru Eduard Slinko tərəfindən idarə olunub.
Hazırda Kipr şirkəti dolayı yolla Darya Lavrinesə məxsusdur. Bu ad və soyadlı şəxs Tursiop şirkətinin direktoru və sahibi kimi də qeyd olunur. Ondan əvvəl isə şirkət Tatyana Kotovaya məxsus olub. Onun telefon nömrəsi kontakt siyahılarında "Tatyana Dom Yanukoviça" (Yanukoviçin evi Tatyana) kimi qeyd edilib.
2021-ci ildə Enerqoresurs daha bir krediti Pride M şirkətinin o zamankı baş direktoru Sergey Yermolyukdan alıb. Jurnalistlərin apardığı araşdırmalara görə, Yanukoviçin oğlu Moskva daşınmaz əmlakına məhz Pride M vasitəsilə sahib ola bilər.
Enerqoresurs Donbasda kömür alaraq onu dəmir yolu və dəniz vasitəsilə Türkiyəyə göndərir. Alıcı isə ofşor Energy Union şirkətidir. Kömür bu şirkətə aşağı qiymətə satılaraq ixrac rüsumlarından yayınmağa imkan verir. Daha sonra Energy Union kömürü bazar qiymətinə yenidən satır. Bu sxemin yalnız bağlı şirkətlər arasında işləyə biləcəyi ehtimal edilir.
Rusiya reyestrində bu ofşorun bir filialı aşkarlanıb – 2022-ci ilin iyul ayında Rostov-Donda qeydiyyatdan keçən Enerji Union. Onun direktoru Artyom Opolinski eyni zamanda Enerqoresursda çalışır. 2024-cü ildə isə onun həyat yoldaşı olduğu ehtimal edilən Nadejda Opolinskaya kredit müqaviləsinə əsasən şirkətin hüquqi varisi olub.
2022-ci ilə qədər Enerqoresurs kömürünü Bolqarıstan, Estoniya, Çexiya və Rumıniyaya göndərirdi. Lakin Aİ-nin qadağasından sonra onun əsas alıcısı Türkiyə olub. 2021–2023-cü illərdə Aleksandr Yanukoviçlə əlaqəli bu şirkət aşağı transfer qiymətləri ilə 3,5 milyard rubl gəlir əldə edib.
Xatırladaq ki, Niderlandın Stiron B.V. şirkəti Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərindən kömür alaraq Kurçenkonun sxemləri ilə fəaliyyət göstərib və Pavel Durovun Telegram Open Network (TON) blokçeyn platformasına 10 milyon avro sərmayə yatırıb.
Alpər























































