Xəbər Lenti
Dünən, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Dünən, 10:27
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
21-11-2026, 20:57
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
21-11-2026, 20:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
21-11-2026, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
"The Times" təhlükəli senari barədə xəbərdarlıq etdi: "Ukrayna Trampın vecinə deyil"
ABŞ-ın yeni prezidenti Donald Tramp bəlkə də Rusiya ilə Ukrayna arasındakı müharibəni 24 saat ərzində bitirmək vədindən imtina edib, lakin onun xüsusi elçisi Kit Kelloga 100 gün ərzində həll yolu tapmaq tapşırığı verməsi müharibənin növbəti dondurulmuş münaqişəyə çevrilməsi perspektivini heç vaxt olmadığı qədər real edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" yazır.
Nəşr qeyd edir ki, dondurulmuş münaqişələrin tarixi heç vaxt uğurlu olmayıb – silahlı qarşıdurmanın yenidən başlama təhlükəsi həmişə aktual qalır.
Sankt-Andryus Universitetinin strateji araşdırmalar üzrə professoru Filips O'Brayen hesab edir ki, Ukraynanın bəxti gətirməlidir. Tramp, səbirsizliyi ilə tanınsa da, Ukraynadakı müharibənin bitməsi məsələsində özünü razılığa gələ bilən şəxs kimi göstərməyə çalışır.
"Trampa əslində Ukrayna vecinə deyil. O, hərbi əməliyyatları dayandırmaq üçün kredit qazanmaq, özünü sülhməramlı elan edib evinə qayıtmaq istəyir", – deyə o izah edib.
O'Brayenin fikrincə, Trampın Rusiyaya ünvanladığı təhdidlər inandırıcı deyil. O əlavə edib ki, ABŞ prezidenti Ukraynaya heç bir təhlükəsizlik zəmanəti təklif etməyib və özünü vasitəçi kimi təqdim edir, amma təminatçı kimi yox.
Dondurulmuş münaqişə və sülhməramlılar
Müasir dövrdə dondurulmuş münaqişənin ən məşhur nümunəsi Koreya müharibəsidir. Koreya yarımadası cəbhə xətti boyunca bölünüb. Şimali və Cənubi Koreya hələ də texniki olaraq müharibə vəziyyətindədirlər, çünki sülh sazişi imzalanmayıb. Xarici hadisələr və qüvvələr bu atəşkəsin əldə olunmasında həlledici rol oynayıb. Lakin Koreya müharibəsində BMT bayrağı altında minlərlə xarici əsgər iştirak edib və atəşkəs rejiminin təmin olunması üçün orada qalıb. Daha sonra onların yerini tamamilə amerikalı hərbçilər əvəzləyib.
Alpər























































