Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Kim bilir, bəlkə gələn il...” - Zelenski
“Ukraynanın NATO-ya qəbulu yalnız Polşadan asılı olsaydı, bu, bir gündə baş verərdi”.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda keçirdiyi birgə mətbuat konfransında Polşa Baş naziri Donald Tuskdan sitat gətirərkən deyib.
“Yenə də çox şey ABŞ və Avropadan asılıdır. Bir Donaldın (red. - Tramp) dediyi kimi, o, müharibəni tez, 24 saat ərzində bitirə bilər. Və bu gün bizim ikinci Donald (red. - Tusk) var və Baş nazir dedi ki, əgər Aİ və NATO yalnız Polşadan asılı olsaydı, Ukrayna bir gündə orada olardı. Kim bilir, bəlkə gələn il həm birinciyə, həm də ikinciyə arxalana bilərik”, - Ukrayna lideri deyib.























































