Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Trampın hədəsinə Kremldən - Cavab
Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı razılaşmanın əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə hədələrinə münasibət bildirib.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov danışıb.
O bildirib ki, Kreml Trampın bəyanatında xüsusilə heç bir yeni element görmür:
“Biz burada heç bir xüsusi yeni element görmürük. Bilirsiniz, Tramp prezidentliyinin ilk dövründə (red. - 2016 – 2020) ən çox sanksiya metodlarına əl atan Amerika prezidenti olub. Əlbəttə ki, bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Bütün nüansları diqqətlə qeyd edirik. Biz dialoqa hazır olaraq qalırıq. Bərabər dialoq, qarşılıqlı hörmət əsasında dialoq... Hələ ki, daxil olmamış siqnalları gözləyirik”.
Xatırladaq ki, ABŞ Prezidenti Ukrayna ilə bağlı razılığa gəlmədiyi təqdirdə Rusiyaya yüksək tariflər və sanksiyalar tətbiq edəcəyini vəd edib.























































